“Ağlınızı başınıza yığın, sizə kim səs verər?”
Tarix: 03.10.2013 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Rəsul Quliyev “milli şura”nı daha sərt şəkildə aşağıladı

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev “milli şura”nın keçirdiyi mitinqləri yenə ələ salıb və müxalifəti sərt tənqid edib.
Rəsul Quliyev sosial şəbəkələrdə yayılan videogörüntüsündə, “Skayp” vasitəsilə verdiyi açıqlamalarda mitinqlərdə getdikcə daha az adamın iştirak etdiyini diqqətə çatdırıb: "Mənim deməyin lazım deyil, siz gərək özünüz onun cılızlığını o dəqiqə hiss edəsiniz. Siz bizim qonşu ölkələrdə baş vermiş mitinqləri götürüb Azərbaycandakı mintinqlərlə müqayisə edib nəticə çıxarmalısınız. İkinci mitinqdə də birinci mitinq kimi iştirakçıların sayı az idi, birinci mitinqdə çıxış edənlər ikinci mitinqdə də eyni şəkildə, eyni parametrlərdə çıxış etdilər". Rəsul Quliyev deyib ki, buna qətiyyən yol vermək olmazdı: "Bəli, mitinq multfilmə oxşayır, eyni adamlar, eyni sözlər. Bilirsiniz, bu multfilmdir, çünki Cəmil müəllim gəlib orada çıxış edir və onun da yanında dayanan, çıxış edən adamlar var. Bu nə deməkdir? Bu o deməkdir ki, o mitinqi aparanlar, Cəmil müəllimin yanında dayanıb çıxış edənlər Cəmil müəllimin gələcəkdə yaradacağı hakimiyyətin komandasıdır. Ay balam, ağlınızı başınıza yığın, o komandaya kim səs verər? 20 ildir o komandaya heç kim səs vermir və verə də bilməz".
Maraq üçün bildirək ki, Rəsul Quliyev dəfələrlə bu tip açıqlamalar verərək həmkarlarını ciddi şəkildə tənqid edib. Onun həqiqəti deməsi isə radikalların xoşuna gəlməyib və hər dəfə müxalif liderlər öz müavinlərini eks-spikerə qarşı qaldıraraq təhqir etməyə çalışıblar. Rəsul Quliyevin mitinqlər haqqında da həqiqəti deməsi çox güman ki, yenə də müxalif düşərgədə qıcıq oyadacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info