Operativ Qərargah: Martın 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək
Tarix: 27.03.2020 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb. Operativ Qərargahdan bildiriblər ki, martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək.
Məlumatda deyilir: “Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə:

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.

Ticarət obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

İctimai iaşə obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Əhalinin hərəkəti üzrə:

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
24.05.2020
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info