Bu da Cəmil Həsənlinin fırıldaqçı liderinin sonu
Tarix: 03.10.2013 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığına qəbul olunmaq istəyən əcnəbi vətəndaşların müraciətinə baxıb və bununla bağlı fərman imzalayıb.
Putinin 30 sentyabr 2013-cü il tarixində imzaladığı 756 saylı “Rusiya Federasiyası vətəndaşlığına qəbul haqqında” fərmanına uyğun olaraq vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərə baxılıb. Ümumilikdə müxtəlif xarici ölkələrdən Rusiya prezidentinə müraciət etmiş 24 əcnəbiyə Rusiya vətəndaşlığı verilib.
Bu fərmanda Rusiya vətəndaşlığından imtina etməklə bağlı müraciətlərə cavab yoxdur.
Nəticədə Azərbaycan müxalifətinin – “milli şura”nın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması haqqında V.Putinə göndərdiyi müraciətə baxılmayıb və kinodramaturq qonşu ölkənin vətəndaşlığında qalıb.
Rusiya qanunlarına görə, vətəndaşlığa qəbul və ondan çıxarılma ilə bağlı məsələlər barədə qərarı prezident qəbul edir. Bunun üçün Prezident yanında Vətəndaşlıq məsələləri üzrə Komissiya yaradılıb. Rusiya qanununa görə, vətəndaşlıqdan imtina edilməsi ilə bağlı ərizə müvafiq quruma baxılmaq üçün təqdim olunan gündən qəbul edilmiş sayılır. Ərizəyə baxılma müddəti iki aydır.
Putinin son fərmanında yalnız bir nəfər Azərbaycan vətəndaşına –1989-cu ildə Bakıda anadan olmuş 24 yaşlı Sergey Sorokinə Rusiya vətəndaşlığı verilib.
“Milli şura” sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün hələ iyul ayında rəsmi müraciət etdiyini bildirmişdi. Kinodramaturq son müsahibələrinin birində isə bundan sonra Rusiya vətəndaşlığından çıxmağın ona sərf etmədiyini də gizlətməmişdi. Görünür, elə bu səbəbdəndir ki, İbrahimbəyov yenidən öz fikrindən daşınaraq sənədlərini geri götürüb. Ümumilikdə isə mətbuatda siyasi şərhçilər də dəfələrlə qeyd edirdilər ki, İbrahimbəyov əslində müxalifəti barmağına dolayır, tez bir zamanda onun vətəndaşlıqdan çıxması qanunla qeyri-mümkündür. Ona görə də o, nə Rusiya vətəndaşlığından çıxacaq, nə də Rusiyada olan öz biznes və villaları üzərində olan mülkiyyət hüququnu təhlükə altına atacaq.
Hər şey deyildiyi kimi də oldu. Cəmil Həsənlinin komandasına rəhbərlik edən və maliyyə buraxıb proseslərə ara-sıra “barmaq qoyan” Rüstəm İbrahimbəyovun bu vətəndaşlıq “oyununa” da son qoyuldu. O, artıq Rusiya vətəndaşlığında qaldı. Cəmil Həsənlinin hansı xarakterdə olan fırıldaqçı və yalançı liderlə fəxr etdiyi isə bir daha ortaya qoyuldu.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info