Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb
Tarix: 28.03.2020 | Saat: 12:52:00 | E-mail | Çapa göndər



Misirdə COVID-19 virusundan ölənlərin sayı 30 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların arasında 75 yaşlı alman qadın da var.
Nazirliyin rəsmisi əlavə edib ki, martın 27-da ölkədə koronavirusa 41 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 536 nəfərə çatıb. Yeni virus daşıyıcılarından biri ABŞ vətəndaşı, qalanları yerli sakinlərdir. Eyni zamanda, ötən gün 14 xəstə müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 116 nəfərdir.
X.Meqahed əlavə edib ki, xəstələrin təcridi və müalicəsi Dünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə aparılır.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
İraqın şimalında iki terrorçu da zәrәrsizlәşdirilib
30.05.2020
Danimarka və Norveç İsveçi turizmdən kənarlaşdırır
30.05.2020
Son gündə Britaniyada 183 nəfər koronavirusdan vəfat edib
30.05.2020
Corc Floydu dizi ilә boğaraq öldürәn polis hәbs edilib
30.05.2020
İranda daha 2 282 nəfər koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info