Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar
Tarix: 28.03.2020 | Saat: 13:23:00 | E-mail | Çapa göndər



Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş və tələb ediblər.

Məktubda deyilir ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FİDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasında qaytarılmasını xahiş və tələb edirik.
Qeyd edək ki, məktub Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynovun adından göndərilib.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Bundesliqa tarixində yeni gənc bombardir
30.05.2020
ÇL-in finalı İstanbuldan alınır Sensasion iddia
30.05.2020
Messi, Suares və Ramos eyni klipdə - VIDEO
29.05.2020
“Messi “Barcelona“nı tərk etməklə bağlı qərar versə...“
29.05.2020
“Real Madrid“ 4 futbolçusu ilə vidalaşır...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info