Dövlət Gömrük Komitəsi soyuq silah gətirənlərə xəbərdarlıq etdi
Tarix: 03.10.2013 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən soyuq silahların- beşbarmaqların, dəyənəklərin, pnevmatik və qaz tapançalarının və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhdlər intensivləşib. Qeyd edək ki, bu cür hallar üzrə gömrük orqanları tərəfindən son vaxtlar xeyli fakt aşkar olunub, hüquqpozma törədənlərdən yüzlərlə belə əşyalar götürülüb. Belə ki, bugünlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Antalya-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı Rüstəmov İbrahim Musa oğluna məxsus əl yükündən 2 ədəd metaldan hazırlanmış “beşbarmaq”, digər Azərbaycan vətəndaşı, İstanbul-Bakı aviareysinin sərnişini Baxşıyev Qafar Vəliağa oğlundan isə özü ilə təyyarənin salonuna keçirməklə gətirdiyi 1 ədəd əsanın içərisində yerləşdirilmiş, tiyəsinin uzunluğu 305 mm olan xəncər aşkarlamışlar. Bu cür faktlara Xaçmaz Gömrük İdarəsinin sərhəd gömrük keçid məntəqələrində də rast gəlinmişdir. Belə ki, Rusiya istiqamətindən “Şirvanovka” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Hacıyev Tərlan Hacızeynal oğlundan 1 ədəd sökülmüş vəziyyətdə olan 4,5 mm kalibrli “Gietcher” markalı tapanca, 5 ədəd qeyd olunan tapancada istifadə olunan qaz balonu, bir ədəd qobur və təqribi çəkisi 400 qram olan qırma, Azərbaycandan Rusiyaya gedən bu ölkənin vətəndaşı Pirmaqomedov Axmed Şamaxieviçin idarə etdiyi “Ford Fokus” markalı H 734 AE 05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Samur” gömrük postunda keçirilmiş gömrük baxışı zamanı bəyan olunmayan 25 yerlik güllə qoymaq üçün nəzərdə tutulmuş plastik qabda 7 ədəd 9 mm. kalibrli rezin başlıqlı güllələr, yenə eyniadlı postda Rusiya istiqamətindən daxil olan “Neoplan” markalı 90 FN 056 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı, Azərbaycan vətəndaşı Cəbiyev İsmayıl Əbilfət oğlundan 75 ədəd 16 kalibrli metal boş ov patronlarının gilizləri və 800 ədəd ov patronlarının pistonları, “VolksvagenGrafter” markalı 57 BT 675 dövlət nömrə nişanlı mikroavtobusu idarə edən Azərbaycan vətəndaşı Bağırov Muxtar Tofiq oğlundan isə optik nişangah, İspaniya istehsalı olan 4,5 kalibrli tüfəng, qeyd olunan tüfəngdə istifadə olunan qırma, 15 ədəd 32 kalibrlik boş gilizlər aşkar olunub. Belə əşyaları gömrük sərhəddindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə, digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info