Şəkidə “Ortaq türk tarixi”nə dair beynəlxalq konfrans
Tarix: 03.10.2013 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Şəkidə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə ortaq türk tarixinin araşdırılması problemlərinə həsr olunmuş 1-ci beynəlxalq elmi konfrans keçirilib. Konfransın keçirilməsi haqqında razılaşma hələ keçən ilin sentyabrında Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin Şəkiyə birgə səfəri zamanı A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun təklifi ilə qəbul olunmuşdu.“Şəki Palas” hotelinin konfrans zalında düzənlənən konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov konfransa qatılan nümayəndələri şəhər rəhbərliyi adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransa moderatorluq edən akademik Yaqub Mahmudov ortaq türk tarixinin araşdırılması və yazılması zərurəti, bu istiqamətdə indiyədək atılmış addımlar və dünya türk tarixçiləri qarşısında duran vəzifələrdən bəhs edən geniş məruzə ilə çıxış edib.
Konfransda iştirak edən millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev türk sivilizasiyasının dünya miqyasında, xüsusilə də Avrasiya məkanında əhəmiyyətli tarixi rolundan söz açmış, türk xalqlarının gələcək taleyi baxımından tarixi-mədəni irsə əsaslanan ortaq dəyərlərin birgə elmi araşdırmalara cəlb olunmasının və bütün türkdilli ölkələrdə təbliğinin zərurətindən, eləcə də çağdaş qlobal inteqrasiya proseslərində Türk Dövlətləri Birliyinin rolundan danışıb. Akademik Nailə xanım Vəlixanlı, fəlsəfə doktorları Tofiq Nəcəfli, Cəbi Bəhramov, Natiq Məmmədzadə, Vaqif Abışov, Çüntəkin Nəcəfli, Kamran İsmayılov, Nigar Abuşova, İlqar Niftəliyev, İradə Məmmədova və Nazim Mustafa ortaq türk tarixinin tədqiqinə dair elmi araşdırmaların müxtəlif aspektləri barəsində çııxış etmişlər. Türkiyə Cümhuriyyəti tərəfindən Türkiyə Atatürk Mərkəzinin rəhbəri Nihat Büyükbaş, professor Selma Yel, professor Cezmi Eraslan, professor Rəhilə Şükürova, professor Musa Bali, dosent Mustafa Budaq və dosent Kenan Olgun ortaq türk tarixi ilə bağlı apardıqları elmi araşdırmaların mövzusu, əhəmiyyəti və nəticələri barədə məruzələr etmişlər. Konfransda Qazaxıstan Respublikasından professor Səttar Məcitovun, Özbəkistan Respublikasından professor Şohistaxon Uljayevanın, Qırğızıstan Respulikasından professor Dooletbek Saparaliyevin, Dağıstan Respublikasından tarix elmləri namizədi Rabadan Sultanbekovun ortaq türk tarixinin tədqiqinə dair məruzələri də böyük maraqla dinlənilib. İki gün davam edən konfrans ortaq türk tarixinin yaradılması istiqamətində atılacaq ilk addımların müəyyənləşdirilməsi və yaxın gələcəkdə görüləsi işlərin planının təsdiq olunması və bu istiqamətdə fəaliyyətə başlanılması haqqında qərarları ilə işini başa çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info