“Viruslara qarşı aciz olan insan bədəni, məhz güclü immunitet sayəsində onlara qalib gələ bilir”
Tarix: 29.03.2020 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Hazırda dünyanı qayğılandıran bir nömrəli ümumbəşəri problem olan yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınmasıdır. Virus artıq kifayət qədər ciddi fəsadlar törədə bilib və təəssüflər olsun ki, bu fəsadlar Avropa ölkələri və Amerikada artan xətt üzrə gedir... Dünyanın belə bir arzuolunmaz mənzərəsinin fonunda Azərbaycanda vəziyyət hələ ki, normaldır, virus ölkəmizdə bir çox Avropa ölkələrindən fərqli olaraq kütləvi hal almayıb. Bütün bunlar da ilin əvvəlindən zamanında atılmış qabaqlayıcı addımlar, izolyasiya qərarları və digər tibbi, profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər. Amma təhlükə hələ də realdır, virusun ölkəmizdə geniş yayılması riski qalır. Ona görə də vətəndaşlarımız maksimum sosial izolyasiya qərarlarına məsuliyyətli yanaşmalı, tövsiyə edilən qaydaları yerinə yetirməlidirlər.
Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu isə evdən çölə çıxmamaqdır. Çünki evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, infeksiyaya yoluxmur və digərləri üçün də təhlükə yaratmırlar.
Onu da qeyd edək ki, infeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükə yaratdığı üçün, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və bayıra çıxmamalıdırlar.
Bəs karantin rejiminə əməl etmək, gigiyena qaydalarını qorumaqla yanaşı başqa hansı mühüm addımlar atılmalıdır ki, infeksiya riski insanlardan uzaq dursun? Həkimlər və digər mütəxəssislər immunitetin gücləndirilməsini də bu işdə əsas amil sayırlar.
Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamov deyir ki, bu gün hamılıqla immun sistemimizi gücləndiməyimiz çox vacibdir: “Çünki viruslara qarşı aciz olan insan bədəni, məhz güclü immunitet sayəsində onlara qalib gələ bilir”. Bu səbəbdən də o öz peşəsinə aid olan bir neçə məsləhəti oxucularla bölüşüb: “İmmun sistemini gücləndirən tərəvəzlərdən biri də brokkolidir. İnanılmaz faydaları olan brokkolidən bütün yeməklərdə istifadə etmək olar (salat, şorba, ana yemək və s.) Mənim sizə təqdim edəcəyim resept isə brokkoli şorbası olacaq və brokkolinin faydaları haqqında da geniş məlumat verəcəm.
QAYMAQLI BROKKOLİ ŞORBASI:
Brokoli - 600 qr (5 pax x 200 qr)
Baş soğan - 150 qr
Kök - 100 qr ( zövqə görə)
Kartof - 100 qr
Kərə yağı - 50 qr
Sulu qaymaq - 100 qr (şirin olmayan)
Su - 1 lt ( təbii tərəvəz bulyonu olsa daha yaxşı olar)
Duz - 0,04 qr
İstiot- 0,02 qr
Hazırlanma qaydası isə belədir-Kərə yağını qazanda əridirsiz. Soğanı, kökü və kartofu yuyub xırda kub şəklində doğrayıb kərə yağına əlavə edib qovururuq. Sonra yuyulmuş brokkolini qazana əlavə edib üstünə çıxacaq qədər su töküb qaynamağa qoyuruq. Tərəvəzlər tam yumşalandan sonra şorbanı blenderdən keçirib duz, istiot və qaymağı da əlavə edib, çırpma teli ilə qarışdırırıq.Təxminən 1 dəqiqə (qarışdırmaq şərti ilə) qaynadıqdan sonra şorbamiz hazırdır.
Faydalarına gəldikdə isə, tərkibində sulforan maddəsi, C vitamini, E vitamini, Beta-karotin, Selenium, Mis, Sink və Fosfor çox olduğu üçün immunitet sistemini stimullaşdırır. ABŞ-da aparılan araşdırmada, brokkolinin tərkibindəki "sulforapan" maddəsinin, siqaretin səbəb olduğu və dünyada hər il 100 min insanın ölümünə gətirib çıxaran Xroniki Obstruktiv Ağciyər Xəstəliyinin (KOAH) zərərinin qarşısını almasında təsirli olduğu təsbit edilib.
O insanı hər zaman gənc saxlayr. Brokkoli təbii antioksidan olan C vitamini sayəsində dərinizi günəşdən və ətraf mühitin çirklənməsindən də qoruyar. Ayrıca qırışları azaltmağa və dərinin ümumi toxumasını yaxşılaşdırmağa kömək edir. Çünki C vitamini dərinin əsas qoruyucu sistemi olan kollagenin meydana gəlməsinə kömək edir. Brokoli, həm də dəri üçün faydalı olan A və E vitaminləri ilə zəngindir”.

O, digər vacib immuniteti gücləndirən yemək barədə də tövsiyyələrini bölüşüb: “Bildiyiniz kimi hazırkı durumu fürsət bilən bəzi işbazlar təbiətin bizə bəxş etdiyi təbii antibiotiklərin (zəncəfil, sərmisaq və s.) qiymətini qaldırıblar. Mən də öz növbəmdə alternativləri sizinlə bölüşəcəyəm ki, hamı bu çətin günlərdə evində heç olmasa immun sistemini gücləndirə bilsin. Təbii antibiotik alternativlərindən biri də kəklikotudur. Kəklikotulu buğlamani ev şəraitində rahat şəkildə hazırlayıb, uşaqlarınıza və yaşlı nəslin nümayəndələrinə təqdim edə bilərsiniz.
KƏKLİKOTULU QUZU BUĞLAMASI:
Quzu əti (sümüklü) 1 kq (5pax x 200qr)
Pomidor - 300 qr
Yaşıl bolqar bibəri - 200 qr
Heyva - 200 qr
Soğan - 200 qr
Kərə yağı (ərinmiş) - 50 qr
Qatıq - 300 qr (zövqə görə)
Sərmisaq - 2 diş (zövqə görə)
Kəklikotu - 0,05 qr
Duz - 0,03 qr
İstiot - 0,02 qr
HAZIRLANMASI:
Quzu ətini tikələrə bölüb yuyuruq. Soğanı samanvari doğrayırıq və qazanın dibinə yayıb üstünə quzu ətini düzürük. Pomidor, heyva və bibəri halqa şəklində doğrayıb ətin üstünə düzüb, kəklikotu, duz və istiotu əlavə edib vam odda ət bişənə qədər təxminən 1 saat bişiririk. Süfrəyə verərkən sarımsaq qatıq ilə verin.
Faydalarına gəldikdə isə, quzu əti immun sistemini gücləndirir. İmmun sisteminin gücləndirilməsi, xüsusilə soyuq hava və qrip mövsümlərində sağlam bir həyat tərzi üçün çox vacibdir. Quzu ətində sink mineralı olduğuna görə immun sisteminizin mümkün qədər güclənməsinə kömək olur. 100 qram quzu əti sink miqdarının gündəlik 34% -ni qarşılayır.
Kəklikotu isə sağlamlığımız üçün təbii antibiotik sayılır, eyni zamanda mineral və vitaminlərlə zəngindir. Kəklikotu kalium, dəmir, maqnezium, kalsium, manqan və seleniumun mənbəyidir.Vitaminlərdən,B kompleks vitaminləri, beta karotin, C vitamini, A vitamini, K vitamini, E vitamini və fol turşusu ilə də zəngindir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Badımcan sırdağı - VİDEO
26.05.2020
Qasımbəy yeməyi -VIDEO
20.05.2020
Qiyməli pendirli yemək resepti -VİDEO
15.05.2020
Qabırğa dolması
11.05.2020
Sarayın ləzzətləri: Yumurtalı çiy küftə

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info