Biləsuvarda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir və əhali arasında maarifləndirmə aparılır
Tarix: 29.03.2020 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Koronavirus epidemiya ilə bağlı Biləsuvar rayonunda da tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.29 mart 2020-ci il tarixədək rayonda 286 min kv.m ərazidə dezinfeksiya işləri görülmüşdür.Bundan əlavə koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir. Əhaliyə zəruri ehtiyacları olmadığı halda küçəyə çıxmamaları tapşırılmaqla onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici məlumatlar verilir, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmələri bildirilir. Vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri və özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.Əhali ilə aparılan tədbirlər zamanı ehtiyacı olanlara qoruyucu maskalar verildi və tibbi spirt məhlulu paylanıldı. Hazırda bu tədbirlər rayonun bütün yaşayış məntəqələrində davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir
29.05.2020
İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu
28.05.2020
Azərbaycanda 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
28.05.2020
Bakı Limanı Respublika günü ilə əlaqədar maraqlı aksiya həyata keçirib - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info