Vergilərin ödənilməsi müddəti uzadıldı
Tarix: 29.03.2020 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, aksiz, yol, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilib.
Vergilər Nazirliyindən verilən məlumat verilib ki, bu qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.
Belə ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə" qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Qeyd edək ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, aksiz, yol vergisi və ƏDV bəyannamələri hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları vergi orqanına təqdim olunur və vergilər dövlət büdcəsinə ödənilir.





 
Bölməyə aid digər xəbərlər
29.05.2020
İyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası gözlənilir
29.05.2020
Yoluxmaların çoxu yas mərasimlərində olur
29.05.2020
“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən açıqlama
29.05.2020
İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info