YAP Binəqədi rayon təşkilatı seçicilərlə görüşləri davam etdirir
Tarix: 03.10.2013 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonu “Bakı Poladtökmə” ASC-də çalışan seçicilərlə görüş keçirdi. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatı Rafael Cəbrayılov,“Bakı Poladtökmə” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov və müəssisənin əməkdaşları iştirak etdi. Tədbiri giriş sözü ilə açan “Bakı Poladtökmə” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov prezident seçkiləri ərəfəsində keçirilən görüşün əhəmiyyətli olduğunu bildirdi.
O 90-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər ölkədə olan hərc-mərclikdən danışdı və qeyd etdi ki, dahi lider xalqın tələbi ilə hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Bundan sonra ölkədə stabillik yarandı. Sonrakı dövrlərdə ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. O qeyd etdi ki, “Bakı Poladtökmə” ASC-də 700-dən çox əməkdaş çalışır və 9 oktyabrda müəssisənin əməkdaşları seçkidə iştirak edərək layiqli namizədə səs verəcəklər: “Mən əminəm ki, müəssisəmizin əməkdaşları 9 oktyabrda seçkidə iştirak edərək İlham Əliyevə səs verəcəklər”. Sonra görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, bir neçə gündən sonra ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir və Azərbaycan xalqı növbəti beş il üçün özünün prezidentini seçəcək. Ölkədə davam edən inkişaf proseslərindən, Azərbaycanın ötən on ildə keçdiyi yoldan və ölkəmizin beynəlxalq nüfuzunun artmasından danışan YAP Binəqədi rayon təşkilatının sədri qeyd etdi ki, bu gün hər bir sahədə uğurlar əldə olunur: “Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı olan İlham Əliyev son 10 ildə Azərbaycanı regional liderə çevirib, ən böyük enerji layihələri reallaşıb. Şərq-Qərb, Şimal-Cənub dəhlizində yerləşən, mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz aparılan siyasət nəticəsində hər gün inkişaf edir. Azərbaycan məhz İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib. Son 10 ildə dövlət büdcəsi dəfələrlə artıb. Səhiyyəyə, elmə dövlət tərəfindən vəsaitlər ayrılıb. Böyük sənaye müəssisələri açılıb. Yeni iş yerləri yaradılıb”. Seçki prosesindən və aparılan təbliğat-təşviqat kampaniyasından danışan YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa və İlham Əliyevə səs verməyə səslədi. Görüşdə çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov qeyd etdi ki, “Bakı Poladtökmə” ASC-də tədbirin keçirilməsi əlamətdar haldır. O ölkənin son 10 ildə keçdiyi yoldan danışdı və gələcək inkişaf üçün, Azərbaycanın daha da inkişaf etməsi üçün seçkidə iştirak edərək davamlı inkişaf siyasətinə səs verməyin vacib olduğunu qeyd etdi. Seçki prosesinə toxunan Rafael Cəbrayılov seçki hüququnun mühüm bir hüquq olduğunu və tarixin bütün zamanlarında bu hüquqa görə mübarizələrin getdiyini bildirdi: “Bütün dövrlərdə insan üçün mühüm hüquqlardan biri seçki hüquq olub. Bu mənada mən istərdim ki, hər bir seçici seçkilərdə iştirak etsin və vicdanla seçim etsin”. Sonra öz çıxışında ölkəmizdə aparılan sosial-iqtisadi siyasətə toxunan Rafael Cəbrayılov bildirdi ki, cənab İlham Əliyev tərəfindən aparılan islahatlar nəticəsində işsizlik 5.2 faizə enib. Seçkidə iştirakın ölkə və ümumiyyətlə cəmiyyət üçün zəruri olduğunu qeyd edən millət vəkili müəssisə əməkdaşlarını seçkiyə gəlməyə və seçki bülletenini götürən zaman reallıqla absurd vədləri ayırmağa və vicdanlı seçim etməyə, İlham Əliyev tərəfindən aparılan həqiqi siyasətə, real inkişafa səs verməyə çağırdı. Sonra çıxış edən “Bakı Poladtökmə” ASC-nin əməkdaşları 9 oktyabr prezident seçkilərində iştirak edərək İlham Əliyevə səs verəcəklərini bildirdilər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info