Koronavirus hansı temperaturda məhv olur?
Tarix: 29.03.2020 | Saat: 17:49:00 | E-mail | Çapa göndər



Həkimlər müəyyənləşdirdilər


Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar.
Palitra APA-ya istinadən bildirir ki, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.
Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.
Koronavirusun müxtəlif əşyalar üzərində qalma müddətini də öyrənən mütəxəssislər müəyyənləşdiriblər ki, o, kağız üzərində üç saatdan sonra yox olur, paltar və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə üzərində dörd günə qədər, plastik üzərində isə yeddi günə qədər qalır.
Tərkibində xlor olan təmizləyici maddələr və ya xüsusi dezinfeksiyaedici vasitələrin köməyi ilə koronavirus istənilən səthdə dərhal məhv olur.
Alimlər qeyd ediblər ki, virus tibbi maskaların xarici səthində yeddi günə qədər qala bilər, buna görə də mütəmadi şəkildə dezinfeksiya olunmağı tövsiyə edirlər.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Uşaq əlində yad cisimlə doğuldu
29.05.2020
İki ağzı və iki dili olan uşaq doğuldu
28.05.2020
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
28.05.2020
İnfeksiya heyvandan insana ötürüldü?
27.05.2020
Britaniya tarixində ilk dəfə hicablı müsəlman qadın hakim seçildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info