Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
Tarix: 29.03.2020 | Saat: 19:05:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə Lənkəran Dövlət Dram Teatrın kollektivi də qoşulub.

Teatrın direktoru Tofiq Heydərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, martın 29-da rəhbərlik etdiyi kollektivin adından müəyyən miqdarda vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.
“Dünyanı cənginə almış koronavirus pandemiyasının respublikamızın ərazisində yayılmasının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin tapşırıqları əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində əlimizdən gələni əsirgəmirik. İlin sonuna kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığımız qədər vəsait köçürməyi qarşımıza məqsəd qoymuşuq,”-deyə Tofiq Heydərov bildirib.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info