Fikrət Yusifov: “İnsanlarımızın bir çoxu təhlükənin ölçülərini hələ də dərk etmək istəmirlər“
Tarix: 29.03.2020 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Dünyada yayılma miqyası getdikcə artan koronovirus epidemiyası ilə bağlı ölkəmizdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Ötən müddət ərzində koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Görülən bütün işlər, qəbul edilmiş qərarlar az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq məqsədi daşıyır. Ölkə başçısı bildirib ki, belə bir məqamda hamı bir olmalı, hamı bir hədəfə vurmalı, özünü və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, onları birmənalı icra etməli, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir. Ziyalılarımız, mütəxəssislərimiz də ictimaiyyəti belə bir dövrdə öz sağlamlığı üçün qaydalara əməl etməyə çağırır. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Palitra"ya bildirib ki, dünyada koronavirusa yoluxanların sayı hər altı gündə iki dəfə, ABŞ-da isə bu virusa yoluxanların sayı hər üç gündə iki dəfə artır və bu məlumat vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərir: “Azərbaycan hökumətinin gördüyü bütün tədbirlərə baxmayaraq, insanlarımızın bir çoxu təhlükənin ölçülərini hələ də dərk etmək istəmirlər. Son bir neçə gündə sükan arxasından apardığım müşahidələr onu göstərir ki, vəziyyəti real dəyərləndirib nəticə çıxarmaq istəməyən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Belə məsuliyyətsiz insanlarla koronavirusun sürətlə yayılmasının qarşısını almaq çətin olacaq. İntizamsızlıq nümayiş etdirənlər kimlərdi? Bu maraqlı sualdır. Sadə bir missalla bu suala cavab vermək istəyirəm. Bunlar, o insanlardır ki, sükan arxasında oturub yediyi bananın, almanın qabığını, çəkdiyi siqaretin qutusunu və kötüyünü məmuniyyətlə avtomobilinin şüşəsindən yola ata bilirlər. Bax, Amerika Birləşmiş Ştatlarında buna görə 1000 dollar cərimə var. On görə ən azından buna görə heç kim belə yaramaz hərəkətə yol vermir. Yeri gəlmişkən mən vaxtılə bu cür davranışa qarşı ciddi cərimələrin tətbiqini təklif edəndə, bəzi özünü ağıllı sayanlar bizdə insanların gəlirlərinin azlığını “əsas gətirib”, belə cərimələrin tətbiqinin real olmadığını yazdılar. Bilmirəm bu təklifi bəyənməyənlər nə düşünürlər, ancaq ortada sadə bir məntiq var - əgər, cərimə ödəmək istəmirsənsə, zibili yola atma! Bir sözlə, vəziyyət ciddidir bunu hər kəs lazımınca dəyərləndirməlidi. Bu durumda bəzi müəssisələrin, o cümlədən, bank işçilərinin tam tərkibdə işə çıxması da heç arzuolunan deyil. Ümumiyyətlə, durumun mürəkkəbliyini və bir çox insanlarımızın yaranmış vəziyyətdəki məsuliyyətsiz davranışını nəzərə alaraq, ölkədə ilkin olaraq bir ay müddətinə fövqaladə vəziyyət elan edilməsini təklif edirəm".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
28.05.2020
“Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”
28.05.2020
Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info