Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
Tarix: 29.03.2020 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanacaq və bu barədə sms vasitəsilə vətəndaşlara bildiriş göndəriləcək.

Vətəndaşlara "Elektron hökumət" portalı vasitəsilə (https://www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər bu gündən Əmlak Məsələləri Dövlət Komitəsinin 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul ediləcək.
65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil ediləcək.
Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir
31.05.2020
“Vətəndaşlar alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilər” - VİDEO
31.05.2020
Daha 1592 sahibkarlıq subyektində monitorinq aparılıb
31.05.2020
Idman təyinatlı obyektlər, açıq havada yerləşən meydançalar əhalinin istifadəsinə verilir
31.05.2020
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info