Sevinirəm ki, Azərbaycanda vaxtında ciddi tədbirlər görüldü
Tarix: 29.03.2020 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Fransada koronavirusa yoluxan azərbaycanlıdan etiraf

Bütün dünyanı təşvişə salan Covid-19 virusu təəssüf ki, məndən də yan keçmədi. Elm aləmi, eləcədə hər birimiz üçün yeni olan bu virus haqqında doğru olmayan bir çox məlumatlar yayılıb.
Trend xəbər verir ki, bu haqda Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva "Facebook" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəsilin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və diğər ölkələrdə artıq biz bunun şahidiyik. Hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər.

Məndə simptomlar ilk olaraq bir necə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skayner vasitəsilə müayinədən keçdim və Covid-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi. Qeyd edim ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur. Yalnız yüksək temperaturu olan və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər.
Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyiş olduğunu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb.
Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssüf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər.
Məqsədim sizə bu müraciətimlə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaq eləcə də özünüzü , yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləməkdir. Həyatlarını təhlükəyə ataraq gecə-gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə öz dəstəyimizi qayda-qanuna riayət etməklə göstərək".




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info