Korrupsiya cinayəti törətmiş 31 şəxs iş başında yaxalanıb
Tarix: 03.10.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Bu il korrupsiya cinayətləri üzrə 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Tədbir iştirakçıları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binası ilə tanış olublar.
İdarənin rəisi Kamran Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək yeni binanın müasir standartlara cavab verən texniki vasitələrlə təmin edildiyini bildirib. Daha sonra idarənin bu ilin 9 ayı ərzində həyata keçirilmiş tədbirlərlə bağlı hesabatı dinlənilib. Tədbirdə çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması, müasir binaların inşasına təkan verib. K. Əliyev, həmçinin qeyd edib ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya sosial problem olduğuna görə onunla mübarizə hamılıqla aparılmalı, onunla mübarizə təkcə dövlət orqanlarının deyil, cəmiyyətin hər bir üzvünün vəzifəsinə çevrilməlidir: “Korrupsiya ilə mübarizə aparmaq və onun kökünü birdən cərrahiyyə yolu kəsmək mümkün deyil. Bu mübarizə terapiya yolu ilə aparılır və uzun müddət davam edir”.
K.Əliyev bildirib ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ili 9 ay ərzində də uğurla davam etdirilib. Kamran Əliyev qeyd edib ki, bu ilin son doqquz ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. O qeyd edib ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ili 9 ay ərzində uğurla davam etdirilib. Bu müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olub. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 1078 müraciət təmin edilib. Korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilib. Digər müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müvafiq nazirlik, dövlət komitəsi və digər qurumlara göndərilib. Cari ilin doqquz ayı ərzində idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanıb. Ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanmış, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb. 2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Kamran Əliyev qeyd edib ki, bu il Azərbaycanda korrupsiyaya görə məsuliyyətə cəlb edilərək məhkəmə qarşısına çıxarılan vəzifəli şəxslərdən bəraət alan olmayıb. O qeyd edib ki, bu ilin 9 ayı ərzində məhkəmələrə göndərilən və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. İstintaqı başa çatdırılan cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması təmin edilib. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib. İdarə rəisi bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib. Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info