Şahdağ Milli Parkının inzibati bina kompleksinə baxış
Tarix: 03.10.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Şahdağ Milli Parkının inzibati bina kompleksinin tikintisi tam olaraq başa çatdırılıb və artıq milli park kollektivinin, o cümlədən ziyarətçilərin istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sabah yeni istifadəyə verilmiş inzibati bina kompleksinə nazirlik rəhbərliyinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə baxış keçiriləcək.
Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının müasir infrastrukturu, ərazisində Azərbaycanın ən yüksək zirvələrinin yerləşməsi, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyi onu regionun böyük ekoturizm potensialı olan təbiət kompleksi kimi səciyyələndirir. Şahdağ Milli Parkının müasir standartlara cavab verən İnzibati Bina Kompleksi Prezidentin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Dövlət Əsaslı Vəsait Qoyuluşu Çərçivəsində” büdcə vəsaiti hesabına reallaşıb. Bina kompleksi İnzibati binadan, Ekoturizm Mərkəzindən və Milli Parkın yerləşdiyi 6 inzibati (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) rayonun müvafiq ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park həmçinin, texniki avadanlıqlarla, çətin şəraitdə hərəkət edə bilən kvadrasikl və qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilib. Ekoturizm Mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib. Yeni nəzarət-buraxılış məntəqələri isə Qusar rayonunun Ləzə, Quba rayonunun Xınalıq, Şamaxı rayonunun Qələybuğur, İsmayıllı rayonunun Buynuz, Oğuz rayonunun Baş Daşağıl kəndlərində və Qəbələ rayonunun müvafiq dağlıq sahəsində inşa edilib. Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılması məqsədilə yaradılıb. Eyni zamanda, Milli Park təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi məqsədi də daşıyır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info