“Çox sağ olun, əziz müəllimlərimiz”
Tarix: 30.03.2020 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


ADDA-nın əlaçı tələbəsi: Dənizçi gəmini evi, iş yoldaşlarını ailəsi bilməlidir

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasının nəticələrinə əsasən, Nail Abbasov ən yüksək nəticə göstərən (97,967) tələbədir. O, ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsidir. Hazırda özəl gəmiçilik şirkətlərinin birinə məxsus gəmidə diplomqabağı təcrübədədir.

-Nail, imtahanlarda göstərdiyin yüksək nəticə münasibətilə səni təbrik edirik. Təcrübən necə keçir?

- Çox sağolun. Təcrübə çox yaxşı keçir. Dilpomqabağı təcrübə olduğundan çox ciddi yanaşıram. Biz 4-cü kurslar yaz imtahan sessiyasında iştirak etmirik. Təcrübəmiz bitən kimi yekun dövlət attestasiya imtahanına hazırlaşmalıyıq. Ona görə də imtahan suallarını özümlə götürmüşəm. Təcrübə müddətində vaxt olduqca ona da hazırlaşıram. Amma bu təcrübə haqqında da hesabat hazırlamalıyıq. Hesabatımız yekun qiymətləndirmədə nəzərə alına bilər.

-Bildiyimə görə ADDA-ya yüksək balla daxil olmusan.

- Qəbul imtahanlarından 614 bal topladım və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını seçdim. Bu, həyatımda müstəqil verdiyim ilk qərar idi və bir dəfə də olsun peşman olmadım.

-Nail, ilk dəfə gəmi və gəmi heyətiylə tanışlığın maraqlıdır.

- Bu, başqa bir aləmdir. Sözlə ifadə etmək çətindir. Dənizçi gərək gəmini evi, iş yoldaşlarını ailəsi bilsin. Təbii ki, bu ailənin başında gəminin kapitanı durur. Onun sözü, qərarı müzakirə olunmur. Kapitanın hörməti, nüfuzu yüksəkdir.

-Təsəvvür et ki, artıq gəmi kapitanısan və sənə istədiyin limana getmək fürsəti verilib. Gəmini hansı limana sürərdin?

- Mənim üçün limanın fərqi yoxdur. Əsas odur ki, heyət yaxşı olsun. Əminəm ki, təcrübəli və intizamlı heyətlə istənilən səfər unudulmaz olacaq.

-Bu il ADDA-nı bitirirsən. Tələbəlik necə yadında qaldı?

- Dörd il necə gəlib keçdi bilmədim. Çox maraqlı günlərimiz oldu. Bu illər ərzində Akademiyamız da görkəmindən tutmuş tədrisinədək çox dəyişib. Burada oxumaq üçün hər bir şərait var. İmtahanlarımız şəffaf, ədalətlidir. Heç kim tərəfindən qərəzli mövqe ola bilməz.

-Qarşıdan qəbul imtahanları gəlir. “ADDA-nı seçim, ya seçməyim?” fikirləşən abituriyentlərə nə məsləhət verərdin?

- Əlbəttə ki, bu onların öz seçimidir. Amma bir məsələni demək istəyirəm. İki cür ixtisas var: dəbdə olan və tələb olunan. Bax, dənizçi ixtisası məhz tələb olunandır. Ölkəmizdə bu sahə daim inkişafdadır. ASCO kimi müasir şirkətimiz var, yerli gəmiqayırma zavodumuz mövcuddur. İndi savadlı və peşəkar kadrlara tələbat çoxdur.

-Nail, bir daha səni təbrik edirik, uğurlar arzulayırıq.


- Çox sağolun, minnətdaram. Fürsət düşmüşkən, bir məqami da qeyd edim. Bizim bu yerə qədər gəlib çatmağımızda müəllimlərimizin böyük zəhməti var. Biz onlara borcluyuq. Hamısına təşəkkürümü bildiririəm. Çox sağ olun, əziz müəllimlərimiz.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info