ADA-da peşəkarlar üçün yeni proqram
Tarix: 03.10.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasının (ADA) Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi “Ekzekyutiv MBA” proqramının açılış mərasimi olub.
ADA-dan bildirilib ki, mərasimdə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Niderlandın Azərbaycandakı səfiri Robert Qabrielse, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Maastrix Menecment Məktəbinin dekanı Vim Naude çıxış ediblər.
Tədbirdə ADA-nın və Maastrixt Menecment Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat verilib, tələbələr kampusla, universitetlərin qiymətləndirmə sistemləri ilə tanış olublar. Bildirilib ki, modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA-nın, həm də Maastrixt Menecment Məktəbinin professorları tərəfindən Bakı və Maastrixt şəhərlərində tədris ediləcək. Proqramın sonunda məzunlar hər iki ali təhsil müəssisəsinin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif ediləcəklər. Proqram çərçivəsində təhsil alacaq ilk qrup akademik və peşəkar təcrübəsi olan 30 nəfərdən ibarətdir. Orta yaş həddi 33 olan qrupda orta iş təcrübəsi 10 ildir. Proqram çərçivəsində təhsil alacaq azərbaycanlı tələbələrin əksəriyyəti Xaricdə Təhsil Proqramı tərəfindən maliyyələşdirilir. Xatırladaq ki, ADA ilə Maastrixt Menecment Məktəbi arasında anlaşma memorandumu 2012-ci ilin sentyabrında Azərbaycan-Niderland biznes-forumu çərçivəsində imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info