Türkmənistan Türkiyədə 6 gözətçi gəmi inşa etməyi planlaşdırır
Tarix: 03.10.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Türkmənistan yaxın iki il ərzində Türkiyənin «Dearsan» şirkəti ilə birgə daha 6 ədəd gözətçi gəmisi inşa etməyi planlaşdırır. Yeni gəmilər «Tuzla» layihəli standart gözətçi gəmilərindən bəzi xüsusiyyətlərinə, özəlliklə radar və silah sisteminə görə fərqlənəcək. Yaxın vaxtlarda Türkmənistana təhvil verilmiş 2 gəminin sınaqları tamamlanaraq, silahlanmaya qəbul olunacaq.
Bununla Türkmənistan Hərbi Dəniz Qüvvələrinin silahlanmasındakı «Tuzla» layihəli gəmilərin sayı 4 olacaq. Türkmənistan gəmiləri Rusiyadan aldığı «Uran-E» raket-zərbə kompleksləri ilə silahlandıracaq. Artıq Rusiyanın Taktik Raket Silahları Korporasiyası Aşqabadın sifariş verdiyi «Uran-E» komplekslərinin ilk partiyasının çatdırılmasını tamamlayıb. Qeyd edək ki, Türkmənistanın sifariş verdiyi «Tuzla» layihəli Yeni Tip Gözətçi Gəmilərinin uzunluğu 56.9 metr, eni 8.9 metr, sürəti 27 dəniz milidir. Gəmi birbaşa 1300 dəniz mili məsafəyə hərəkət etmə qabiliyyətinə malikdir. Türkmənistan gəmiləri Türkiyənin eyni layihəli gəmilərindən fərqli olaraq «Thales Scout 2B» hava axtarış radarı və ASELSAN şirkətinin istehsalı olan 25 mm çaplı STOP adlı stabilləşdirilmiş uzaqdan komandalı silah platforması ilə təchiz olunub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info