İnquşetiya terrorçularının sabiq liderinə 25 il həbs cəzası
Tarix: 03.10.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


İnquşetiyada “Qafqaz Əmirliyi” adlı terrorçu təşkilatın yerli özəyinin keçmiş lideri Əli Taziyevin 25 il müddətinə azadlıqdan məhrum olunması tələb edilib.
“RİA Novosti”nin məlumatına görə, Şimali Qafqaz Dairə Məhkəməsi “Maqas” ləqəbli terrorçunun cinayət işi üzrə məhkəmə istintaqını yekunlaşdırıb. Son sözlə çıxış edən Ə. Taziyev özünü günahkar saymadığını bildirib. Hökm oktyabrın 15-də elan olunacaq. “Kommersant” qəzetinin yazdığına görə, Ə. Taziyev yaxalandıqdan sonra istintaqla əməkdaşlıq edib və bunun nəticəsində hüquq-mühafizə orqanları bir sıra uğurlu əməliyyatlar keçiriblər və bir çox cinayətin üstünü açıblar. Ə.Taziyevə qarşı qanunsuz silahlı birləşmələrin yaradılması, silahlı qiyam, silah və döyüş sursatının qanunsuz dövriyyəsi, quldurluq, terrorçuluq və ölümə sui-qəsd ittihamları irəli sürülüb. İstintaqın versiyasına əsasən onun iştirakçısı olduğu terror aktları nəticəsində 26 nəfər ölüb, 344 nəfər yaralanıb. Ə.Taziyev 2010-cu ildə İnquşetiyanın Malqobek şəhərində yaxalanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info