Sumqayıta vəsait ayrıldı
Tarix: 03.10.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Prezident Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Sumqayıt şəhərində əsaslı infrastruktur layihələri həyata keçirilib, 525 MVt gücünə malik Elektrik Stansiyası tikilib, Sumqayıt Texnologiyalar Parkında 14 zavod, Kimya Sənaye Parkına daxil olan “Azərtexnolayn” MMC-nin boru istehsalı zavodu, Kağız və Karton Emalı və Yağ İstehsalı Fabrikləri, Tekstil Parkı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Azgüntex zavodunda Günəş modulları və LED lampaları istehsal xətləri, “Sağlam-Qida” Aqrar-Sənaye, “Bismak” Qida-Sənaye Kompleksləri yaradılıb, Paralimpiya və Olimpiya İdman Kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, ”Real-Med” Tibb Mərkəzi inşa edilib, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanası, Tarix Muzeyi əsaslı təmir olunub, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri görülüb. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb. Qeyd edək ki, Prezident təhsil işçilərinin təltif edilməsi haqqında da sərəncamlar imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info