“Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox” - Pediatr
Tarix: 31.03.2020 | Saat: 17:29:00 | E-mail | Çapa göndər



Koronavirus səbəbi ilə insanlar istənilən qızdırmadan təşvişə düşərək, dərhal təcili yardım çağırır. Son günlər isə təcili yardima çağırışların sayı çox olduğundan, sahə üzrə briqadalar çatışmır.

Valideynlər uşağın qızdırması olan kimi sahə pediatrını ya evə çağırır, ya da uşağı götürüb poliklinikaya üz tutur. Bu isə pandemiya qanunlarına görə yanlışdır.
Medicina.az xəbər verir ki, pediatr Aytən İsmayılova uşağın qızdırması qalxanda sahə həkiminin evə çağırılması əvəzinə təcili yardıma zəng etməyi tövsiyə edir. O, valideynləri xəbərdar edib.
“ Sizə dedik axı!!! Dedik ki, uşağın hərarəti olanda Təciıi Tibbi yardım çağırın! Var, anlayışlı analar-atalar var. Çağırır TTX gəlir, yaxma göturur. Amma bəzi analar nə deyir? "Sabah da qızdırma olsa çağıraram" Belə olmaz, əzizlərim, belə olmaz.
Qızdırmanın bir gun də olması koronavirusdan şubhələnməyə əsas verir. Mən deyirəm təcili yardım çağırın, siz çağırırsız sahə həkimini. Sahə həkimi də yazıq deyilmi, gəlir özu də yoluxur, gedir ailəsini də, sonrakı xəstələrini də yoluxdurur. Bilirsiniz də, artıq pediatrlar da yoluxub, bu o deməkdir ki, evə pediatr çağıranda sizə də təhlukə var.
-Uşaqda hərarət oldusa ilkin yardım uçun öz həkiminizdən, ona çatmasaz məndən online, ya da zəng edərək məsləhət alın.
- təcili yardıma zəng edib, mütləq Covid uçun yaxma göturməsi uçun çağırın
- bu muddət ərzində uşağın yaşlılarla kontaktına imkan verməyin. Özunuz də onunla kontaktda olan biri kimi yaşlı adamlardan uzaq olun.
- Sahə həkiminə məlumat verin, amma evə çağırmayın.
-iki gun sonra pozitiv olsa, təcili yardımdan sizə məlumat gəlir. Negativ olsa yox.
--iki gun sonra sahə həkimi ilə yaxud şəxsi həkiminizlə mualcəni davam edirsiz.
Mən son gunlərdə daha çox 37-37.5 hərarət eşidirəm, uşaqlarda da, böyuklərdə də. Məhz bu subfebril hərarəti koronavirusla əlaqələndirirəm. Çunki test cavabı musbət olanlardan da subfebril herarət olduğunu təsdiq edənlər var. Yəni mən bəlkə nazik geyindim soyuqladım, bəlkə uşağın dişi çıxır fikirləri bu epidemiya dövrü üçün keçərli deyil.

Tək özümüzü düşünməyək.
Mən bir daha bunu anlayaraq riayət edən valideynlərə təşəkkur edirəm. Çunki onlar yayılmanı önləmədə öz üzərlərinə düşəni edir”.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info