Muxtar respublikada payızlıq taxıl əkininə başlanılıb
Tarix: 04.10.2013 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Bu günə qədər payızlıq taxıl əkini üçün 8 min 600 hektar sahədə şum aparılıb, 400 hektar sahədə səpin işləri başa çatdırılıb

Taxıl məhsulları istehsalının genişləndirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan muxtar respublikada əsas strateji sahə olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, mütərəqqi üsullardan istifadə olunaraq bol məhsul istehsal edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, bir neçə gündür ki, payızlıq taxıl əkininə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” toxumçuluq Təsərrüfatına gəlib, taxıl əkinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, bu günə qədər muxtar respublikada payızlıq taxıl əkini üçün 8 min 600 hektar sahədə şum aparılıb, 400 hektar sahədə səpin işləri başa çatdırılıb. Əkin şırım üsulu ilə aparılır. Bu da məhsuldarlığın artırılmasında, torpaqların şoranlaşmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Toxumçuluq təsərrüfatının taxıl əkini sahəsi 400 hektardır. Ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilib, şoranlaşmanın və eroziyanın qarşısı alınıb. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı “Quality” toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları cəlb olunub.
Bildirilib ki, əkin zamanı əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Çünki sağlam cücərtilərin alınmasına həm də keyfiyyətli səpin aparmaqla nail olmaq mümkündür. Hazırda muxtar respublikanın taxıl sahələrində səpin və becərmə işləri aqrotexniki qaydalarda aparılır. Bu da məhsuldarlığın yüksəldilməsinə və bol məhsul istehsalına imkan verir. Ali Məclisin Sədri muxtar respublikada taxıl əkininin şırım üsulu ilə aparılmasının əhəmiyyətli olduğunu bildirib, payızlıq taxıl əkininin optimal müddətdə başa çatdırılması, torpaq mülkiyyətçiləri arasında mütərəqqi əkin və becərmə üsullarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlərin aparılması barədə tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info