Sosial xidmət müəssisəsində yaşlıların infeksiyadan qorunması üçün profilaktik işlər aparılır
Tarix: 01.04.2020 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən ardıcıl
dəstək tədbirləri həyata keçirilir



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus (COVİD-19) infeksiyasından qorunması, onların sağlamlığının etibarlı mühafizəsi üçün ciddi profilaktik işlər aparılır.
Heydər Əliyev Fondu digər sosial xidmət müəsissələri kimi, bu müəssisəni də daim öz himayəsində saxlayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilib.
Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib. Müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.
Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.
Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə burada sanitar-gigiyenik vəziyyətə də ciddi nəzarət həyata keçirilir.
Sosial xidmət müəssisəsində pensiya yaşına çatmış 235 şəxs daimi dövlət təminatında yaşayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən cərimələr məlum olub
30.05.2020
İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur
29.05.2020
İyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası gözlənilir
29.05.2020
Yoluxmaların çoxu yas mərasimlərində olur
29.05.2020
“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info