Bakıda yeni metro stansiyası tikilir
Tarix: 04.10.2013 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni paytaxtda yeni stansiyanın inşasına başlayıb.
Belə ki, Metropoliten yeni stansiyanı Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) tikir. Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov bildirib ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq.
«Bu, Papanin adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, Xocahəsən deposundan sonra «Avtovağzal» stansiyası, daha sonra isə «Memar Əcəmi-2» və artıq tikintisinə başlanan stansiya olacaq. Bu istiqamətdə işlərə artıq başlanılıb. Hazırda burada tikinti sahəsi təşkil edilir», - deyə R.Bayramov qeyd edib.
Onun sözlərinə görə, yeni stansiya C.Məmmədquluzadə küçəsinin üzərinə düşdüyünə görə həmin küçədən keçən nəqliyyat vasitələri üçün kənardan alternativ avtomobil yolu çəkilib: «Əlavə olaraq, yerin altından keçən elektrik, qaz, su, kanalizasiya, rabitə xətlərinin də yeri dəyişdirilməlidir. Bu işlər də vaxt aparacaq. Sonradan isə Bənövşəyi xəttin dördüncü stansiyasının inşasına başlanacaq».
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info