Azərbaycan qlobal şirkətlərin diqqət mərkəzindədir
Tarix: 04.10.2013 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


“Azərbaycanın iqtisadiyyatı böyük potensiala malikdir”. Bu sözləri “Huawei” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinq bildirib. Onun sözlərinə görə, “Huawei” şirkətinin Azərbaycana xüsusi münasibəti ölkənin iqtisadi potensialına verilən yüksək qiymət nəticəsində formalaşdırılıb.
““Huawei” şirkəti ən yeni texniologiyaları təqdim edərək Azərbaycanla birgə uğur qazanmaq istəyindədir. “Huawei” şirkəti Azərbaycan bazarında artıq bir neçə ildir ki, fəaliyyət göstərir və tərəfdaşlığın səviyyəsi davamlı olaraq artmaqdadır. Əgər əvvəllər “Huawei” Azərbaycanda yalnız telekommunikasiya şəbəkə infrastrukturu üçün avadanlıq təqdim edirdisə, son dövrdə yerli bazarda mobil cihazların, o cümlədən smartfonların da satışı təşkil olunub”, deyə “Huawei” şirkətinin nümayəndəsi bildirib.
Q.Syaobinqin sözlərinə görə, “Huawei” şirkətinın Azərbaycanda hədəflərindən biri də əhalinin texnologiyalar sahəsində maarifləndirilməsi, münasib qiymətlərələ əhalinin böyük bir hissəsini bu yeni texnologiyalardan faydalanmasına dəstək verməkdir.
İKT İnformasiya Mərkəzindən aldığımız məlumata görə hazırda “Huawei” şirkəti dünyada telekommunikasiya şəbəkə avadanlığının aparıcı istehsalçılarından biri kimi tanınır. Şirkət 150-dən çox ölkədə fəaliyyət göstərir və dünya əhalisinin 1/3-i onun məhsullarından istifadə edir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara yüz milyonlarla ABŞ dolları xərcləyir. “Huawei” yüksək texnologiyalar sahəsində patentlərin sayına görə şirkətlər arasında dünya liderlərindən biridir. Artıq “Huawei” qlobal şirkət kimi fəaliyyət göstərir və istehsalatını dünyanın müxtəlif regionlarında yerləşdirir. Şirkətdə menecment də dünya standartları səviyyəsində qurulub və bütün biznes-proseslər tam olaraq qlobal keyfiyyət stantdartlarına cavab verir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info