Gənclər Fondu dördüncü qrant müsabiqəsi elan edib
Tarix: 04.10.2013 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən bildiriblər ki, iclasda “C” kateqoriyası üzrə müsabiqənin elan olunması, qrant müsabiqələrinin təşkilini tənzimləyən sənədlərin təsdiq edilməsi və cari məsələlər müzakirə edilib. Toplantıda çıxış edən Müşahidə Şurasının sədri, Prezident Administrasiyası Ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov yeni qrant müsabiqəsinin məqsədlərindən, şərtlərindən və prioritet mövzularından danışıb. Məlumat verilib ki, müsabiqə gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək məqsədi ilə təşkil olunur. “C” kateqoriyası üzrə keçirilən müsabiqədə yalnız yaşı 14-dən 29-dək olan fiziki şəxslər iştirak edə bilərlər. Layihələri 2013-cü ildə fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərlərinin, həmin layihələrin işçi heyətinin, habelə “C” kateqoriyası üzrə qrant almış fiziki şəxslərin bu müsabiqədə iştirakına məhdudiyyət qoyulması nəzərdə tutulub. Bildirilib ki, gənclərin təşəbbüsləri qiymətləndirilərkən təhsildəki son yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və olimpiadaların keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, ictimai davranış qaydalarının, könüllülüyün və tolerantlığın təbliği, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, ətraf mühitin mühafizəsi və s. istiqamətlərdə hazırlanan layihələrə üstünlük veriləcək. Müzakirələr nəticəsində hər bir layihə təklifi üçün fond tərəfindən ayrıla biləcək maksimal məbləğ 4 min manat müəyyən edilib, müsabiqənin 2013-cü il oktyabrın 4-dən noyabrın 18-dək keçirilməsi qərara alınıb. Daha sonra iclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”ın və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nın layihələri müzakirə edilib. Qeyd olunub ki, Gənclər Fondunun yarandığı ilk vaxtlarda qrant müsabiqələrinin keçirilməsi ilə bağlı məsələlər “Təlimat və prosedur qaydaları” adlı vahid sənədlə tənzimlənib. Lakin fondun fəaliyyətinin genişlənməsi, müraciət edən gənclərin və qeyri-hökumət təşkilatlarının sayının artması, müsabiqələr zamanı yeni sualların meydana çıxması həmin sənədin təkmilləşdirilməsini zəruri edib. Yeni “Təlimat”da fondun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair müddəalar konkretləşdirilib, “Qaydalar”da isə müsabiqədə iştirakın şərtləri, layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı sənədlərin mətninə bir sıra düzəliş və əlavələr təklif olunub. Həmin təkliflər nəzərə alınmaqla, hər iki sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilib. Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info