Zəminə Dünyamalıyeva: “Müxalifətdə sağlam tənqidə təhqirlə cavab verirlər”
Tarix: 04.10.2013 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Eks-spiker Açıq Cəmiyyət Partiyasının (ACP)lideri Rəsul Quliyev üzvü olduğu “milli şura” və onun fəaliyyəti haqqında dəfələrlə tənqidi fikirlər səsləndirib. Onun bu günlərdə verdiyi son müsahibəsində də sağlam fikirlərlə həmkarlarını tənqid etməsi müxalif düşərgədə qıcıq yaradıb. R.Quliyevin tənqidinə təhqiramiz formada cavab verməkdə davam edən “milli şura” üzvlərinin bəziləri və bəzi siyasətçilər sosial şəbəkələrdə etdikləri paylaşımlarda ACP liderinə qarşı sanki bir cəbhə də açıblar. Bu işdə isə daha çox müsavatçı fəallar aktiv görünürlər. Onlar Rəsul Quliyevə söyüşlərlə də cavab verməkdən belə çəkinmirlər.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən ACP Ali Məclisinin sədri, sabiq deputat Zəminə Dünyamalıyeva müxalif düşərgədə hələ də bir sıra siyasi dəyərlərin formalaşmamasından təəssüfləndiyini söylədi. O, müxalifətdə sağlam tənqidə təhqirlə cavab verənlərin olduğundan təəssüfləndiyini bildirdi və onların çox aşağı səviyyədə olmasından dolayı siyasətdə aqressivliklə tanındıqlarını da bildirdi: “Məsələ burasındadır ki, Rəsul Quliyevin sağlam tənqidlərinə qarşı təkcə “milli şura”da deyil, ümumilikdə bəzi siyasətçilər tərəfindən də anormal reaksiyalar gəlir. Çox təəssüflər olsun ki, hələ də bizdə həqiqəti həzm etməyi bacarmırlar. Bu ya savadsızlığın, ya da dünya görüşünün az olmasının nəticəsidir. Əslində isə düşünürəm ki, insanın təfəkküründə hər şeyi savad və dünyagörüşü həll edir. Yəni, Rəsul Quliyevin fikirlərinə yönəlik bu cavablar da birmənalı olaraq savadsızlıqdan irəli gəlir. Həmin bu insanlar da Azərbaycan vətəndaşlarıdırlar. Bizim aktiv vətəndaşlarımızın siyasi savadsızlığı isə onun ən böyük bəlası sayılmalıdır. Biz müstəqil dövlət qurmuşuq və dünya ilə ayaqlaşırıq. Amma müstəqilliyi elan etməyimizlə deyil. Siyasət aləmində də yeniliklər etmək, siyasi arenalara savadlı, öncül şəxsləri daşımaq lazımdır ki, bu müstəqilliyin bünövrəsini daha da möhkəmləndirək. Biz həmişə bu mövzuda problemlər yaşamışıq”. Zəminə Dünyamalıyeva deyir ki, əslində bu aqressiyanın mahiyyətində başqa məsələlər dayanır. O, siyasi arenada öncül görünmək istəyənlərin vacib və tanınmış şəxslər olmadığını da vurğuladı: “Milli şura” yaranandan sonra bəzilərinin də adlarının ora düşməsi açıq, demokratik bir cəmiyyətin məhsulu sayılmamalıdır. “Milli şura” üzvlərinin siyahısına baxmısınızmı? İnanın ki, orada toplaşanların böyük əksərinin ətrafında heç beş adam cəmləşmir. Yəni, bu siyasətçiləri tanıyan heç beş adam tapmazsınız. Belə şəxslərin Rəsul Quliyev haqqında fikir söyləməsi də təbii ki, anormal çıxacaqdı. İnsanın gərək özünün savadında nə isə olsun ki, qarşısındakına da dəyər verə bilsin. Mən həmişə obyektiv fikir söyləyəndə deyirlər ki, Rəsul bəy onun lideridir ona görə belə danışır. Məni Rəsul Quliyevin müdafiəçisi kimi qəbul edirlər. Amma inanın ki, bu, əsla belə deyil. Fikirlərimi analiz etsəniz, görərsiniz ki, hər zaman düzgünlüyün, obyektivliyin yanında olmuşam, lazım gələndə iqtidarı da tənqid etmişəm, müxalifəti də, neytral mövqeyində olan siyasət adamlarımızı da. Hətta mən müxalifətdə deyil, iqtidarda olanda da obyektiv fikirlər söyləmişəm. Hakimiyyətin də qüsurlarını demək lazımdır, müxalifətin də. Heç nə ideal olmadığı kimi, siyasətdə də ideallıq olmur. Tənqidi həzm etməyi bacarmaq lazımdır. Rəsul Quliyevin son müsahibəsini ağlı olan adam tənqid etməzdi. Ona dönə-dönə oturub baxmaq və oradan müəyyən nəticələr götürmək lazımdır. Nəinki ağlına gələni deyib, beyninin dərk etmədiyi fikirlərlə təhqiramiz cavab vermək lazımdır, bu tənqidləri dəyərləndirmək gərəkdir. Eybi yox, qoy öz amplualarında qalıb anormal cavablar versinlər. Bu qədər dedikləri təhqiramiz fikirləri də götürüb analiz etsinlər. Amma necə ki, Rəsul bəy bunların fəaliyyətini analiz etdi və bəzi məsələləri ortaya qoydu, onlar da Rəsul Quliyevin həmin müsahibəsini analiz edib ortaya çıxarıb cəmiyyətə təqdim etsinlər ki, baxın görün o nə deyir. Onda cəmiyyət də buna qiymət verər ki, kim haqlıdır. Yoxsa ümumi sözlərlə danışıb, təhqir etməklə iş düzəlmir. Gəlin bir müzakirə təşkil edək. Desinlər görək Rəsul Quliyev nəyi səhv deyir axı? O hansı fikrində haqsızdır? Deyirlər ki, eks-spiker ölkədə olmadığı üçün siyasi proseslərdən bixəbərdir. Onun ölkədə yaşamamasından asılı olmayaraq, Azərbaycanda olan hər bir siyasi, sosial hadisələrdən xəbəri var. Rəsul bəyin bu gün dərk etdiyi Azərbaycanda gedən prosesləri kaş ki, buradakı liderlərin cəmiyyətə on faizi düzgün təqdim edə bilərdi. Bax bu olsaydı, yerindən qalxan prezidentlik iddiasında da olmazdı. Yəni, hər kəsə ağıl vermək də belə məşhurlaşmazdı bu ölkədə. Təəssüf ki, hələ ki bunlar baş vermir və insanlar da kor kimidirlər. 20 ildir ki, insanları arxalarınca aparan bu liderlərə insanların kor olması isə sərf edir. Çünki belə olan təqdirdə bu düşərgənin ardınca gedənlər də liderlərinin əməllərindən baş aça bilmirlər”.
ACP funksioneri onu da vurğuladı ki, təhqirlərə əhəmiyyət vermək lazım deyil. Hamı hər şeyi gözəl görür və anlayır: “Söyüşü beş yaşında uşaq da edib təhqirlərə yol verə bilər. Amma bu gün təhqirlərə yol açanlar axı müəyyən ahıl yaş dövrlərinə qədəm qoyublar. Sağlam şəkildə fikrinizi deyin. Bu da sənin savadsızlığındır ki, bir cümlə tapıb həmkarının sözlərinə normal cavab verə bilmirsən. Bunun özü qəbahətdir. Onların ən böyük qəbahəti budur və başqalarında qəbahət axtarmaq lazım deyil. Rəsul Quliyev düz deyir! Mitinqlə bağlı analiz aparıb deyir ki, belə güc, dəstəklə hakimiyyətə gəlmək olmaz. İnsanları belə aldatmaq olmaz və yalan informasiyalar yaymaq lazım deyil. Atalarımızdan gözəl bir misal da var ki, “yalan ayaq tutar, amma yeriməz”. 20 ildir yalanlarına ayaq tutdurmağa cəhd edirlər, amma yeridə bilmirlər. Bu millət də müdrikdir və onların iç üzünü gördü ki, kimlər toplaşıb orada. Rəsul Quliyev desə də, bu belədir, deməsə də. Sadəcə olaraq o istədi ki, bəzi insanların gözü açılsın ki, uzun illər getdikləri bu yola davam etməsinlər. Çox təəssüf edirəm ki, adını siyasətçi, ziyalı qoyan insanlar belə məqamlarda fikirlərini ancaq təhqir və söyüşlərlə ifadə edirlər. Bir daha bildirirəm ki, bu da onların siyasi savadsızlığından irəli gələn bir məqamdır”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info