Tarixdən bu günümüzə Türkiyədəki azərbaycanlılar
Tarix: 04.10.2013 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


SAM-ın dəstəyi ilə bu mövzuda Türkiyədə kitab çap edilib

SAM-ın dəstəyi ilə Türkiyədə "Tarixdən Günümüzə Türkiyədə Yaşayan Azərbaycan Türkləri" adlı kitab nəşr olunub. İki hissədən ibarət olan kitabın müəllifləri Giresun Universitetinin rektoru prof.dr. Aygün Attar və Balıkəsir Universitetinin müəllimi dos. dr. Sebahettin Şimşirdir.
Azərbaycan türklərinin Anadolu coğrafiyasına köç etdiyi ilk dövrlərdən 1920-ci ilə qədər olan dövr prof. dr. Aygün Attar tərəfindən təsvir edilib. Bu dövrdə azərbaycanlıların Anadoluya köçü və Anadolunun türkləşdirilməsində Azərbaycan coğrafiyasının bir körpü olaraq oynadığı roldan bəhs olunub. Cənubi Qafqazın Rusiya imperatorluğu tərəfindən işğalı və burada Ermənistanın qurulmasının nəticəsində azərbaycanlıların Anadoluya köçü bu fəsildə öz əksini tapıb.
Bu dövrdə azərbaycanlıların Anadoluya köçünün üç səbəbi kitabda təsvir edilir: 1. siyasi; 2.ticari; 3. intellektual köç. Ayrıca, bu fəsildə azərbaycanlıların Anadoluya köçünün qarşısındakı inanc, coğrafi və iqtisadi əngəllərdən də bəhs olunub. Bu fəsil bolşeviklərin Azərbaycan Xalq Cumhuriyyətini işğal etməsi nəticəsində Azərbaycanın siyasi və intellektual liderlərinin Türkiyəyə köçü və orada siyasi düşüncənin formalaşmasına təsirlərindən danışır, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlu kimi şəxslərin Türkiyə siyasi həyatına təsirindən bəhs edir. Bu üç şəxsin digər azərbaycanlı intellektuallar ilə birlikdə Türkiyədə çıxardığı Yeni Qafqaz, Azəri-Türk və Odlu Yurd kimi nəşrlər haqqında ətraflı məlumat verilib.
Kitabın ikinci fəsli Balıkəsir Universiteti müəllimi dos. dr. Sebahettin Şimşir tərəfindən yazılıb. Şimşir ikinci fəsildə daha çox bolşeviklərin AXC-ni işqal etməsi nəticəsində Türkiyəyə köç edən intelektualların ayrı-ayrılıqda həyat və yaradıcılığından bəhs edib. Naki Keykurun, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Almas İldırım, Mirzə Bala Məmmədzadə, Məmməd Kəngərli kimi 50-yə yaxın azərbyacanlının həyat və yaradıcılığı haqqında məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info