Şəkidə sahibkarlara 638 min manat güzəştli kredit verilib
Tarix: 04.10.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Şəki rayonunun Aşağı Laysqı kəndində keçirilmiş “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov dövlət proqramları çərçivəsində Şəkidə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 10200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 investisiya layihəsinin maliyyələşdirilməsinə 88,3 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 8300-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və yeni internet səhifəsi barədə məlumat verib. Bildirilib ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlayıb, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. Yeni sistem vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qaldırır.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Şəki rayonunun Daşüz kəndində ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik olan zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info