Lord Mayk German: “BMT TŞ-yə sədrlik Azərbaycanın mühüm qlobal təsirə malik olduğunu təsdiqləyir”
Tarix: 04.10.2013 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı artan rolu və quruma yenidən sədrlik etməsi ölkənin çox mühüm qlobal təsirə malik olduğunu təsdiqləyir. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın nüfuzunu daha da artıracaq və sülhün keşiyində duran imicinə müsbət təsirini göstərəcək.
Bu fikirləri Böyük Britaniya parlamentinin əmək və təqaüd komitəsinin sədri, Uels Assambleyasının baş nazirinin sabiq müavini lord Mayk German Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycanın BMT Təhlükəsizlik Şurasına yenidən sədrlik etməsi və beynəlxalq təhlükəsizliyin müdafiəsində rolu, Trans-Adriatik boru kəməri (TAP) layihəsi, Azərbaycan iqtisadiyyatına Britaniya investisiyalarının yatırımı, rəsmi Bakının milli və dini azlıqlarla bağlı siyasətinə dair suallarına cavabında bildirib.
AAC-dan verilən məlumata görə, M.German Azərbaycanın regionda, ümumilikdə dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması işinə verdiyi töhfələrin Qərb tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
O demişdir ki, TAP layihəsi Böyük Britaniyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkə iqtisadiyyatı üçün zəruri olan təchizatın çoxşaxəliliyini də artıracaq. Buna görə də Azərbaycana minnətdar olmaq lazımdır.
Komitə sədri Azərbaycanın birbaşa xarici investisiyasının 44,1 faizinin Böyük Britaniyanın payına düşdüyünü söyləyib . Əlavə edib ki, bu, Böyük Britaniyanın Azərbaycanda perspektivli, etibarlı və uzunmüddətli sərmayəçi olduğunu təsdiqləyir. Təbii ki, bu amillər iki ölkə arasındakı münasibətlərin inkişafına da töhfəsini verir.
M.German, həmçinin qeyd edib ki, Azərbaycan regionda dözümsüzlüyə qarşı bufer kimi çıxış edir. Rəsmi Bakının dini və milli azlıqlarla bağlı yürütdüyü siyasət digər ölkələr üçün nümunədir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info