Cəmil Həsənli harada səhvə yol verdi?
Tarix: 04.10.2013 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Hazırda “milli şura”nın namizədi kimi prezident seçkilərinə qatılan Cəmil Həsənli barədə çoxlu neqativ informasiyaların yayılması, onun bir siyasətçi kimi özünü doğrulda bilməməsi, əksinə, radikal müxalifətçi kimi çıxış etməsi, çıxışlarında sıradan bir ənənəvi müxalifət nümayəndəsi kimi hədyanlara yol verməsi bir sıra suallar doğurur. Beləliklə, necə oldu ki, Cəmil Həsənli özünün bir ziyalı, professor kimi imicinin itirilməsinə səbəb oldu? O, harda yanlışlıqlara yol verdi ki, indi bu situasiyaya düşüb, özünə qarşı ciddi ittihamlarla üzləşib, hətta əlilliyi ilə bağlı saxta sənəd düzəltməsi ilə əlaqədar ciddi və əsaslı ittihamlara məruz qalıb?!
Ekspertlər bildirirlər ki, Cəmil Həsənlinin özünün əvvəlki ziyalı və elm adamı imicini itirməsinə səbəb onun şəxsi mənafeyindən doğan siyasi ambisiyalara aldanmasıdır. Belə ki, 2010-cu ildə parlamentə 3-cü dəfə seçilməyən C.Həsənli bu uğursuzluğundan bərk qəzəbləndi və uğursuzluğunun acığını hakimiyyətdən çıxmaq üçün radikal düşərgəyə yuvarlandı. Beləliklə, cəmiyyətin qəbul etmədiyi, indiyə qədər məhz radikallıqlarına və əsassız ittihamlarına görə uğursuzluqlara düçar olmuş, ictimai etimadsızlığa məruz qalan Əli Kərimli, İsa Qəmbər kimi müxalif başçıların yanında yer alan C.Həsənli eynən onların leksikonunda danışmaqla elə onların səviyyəsinə enmiş oldu. İndiyə qədər siyasi fəaliyyəti ilə diqqəti cəlb etməyən, həmişə AXCP-də təmkinliliyi, “ağır oturub, batman gəlmişliyi” ilə seçilən, 2 dəfə seçilərək deputat mandatı qazanan vaxtlarda da hakimiyyətlə bağlı təqdiredici əsərlərin müəllifi olan və elmi fəaliyyəti ilə məşğul olan Cəmil Həsənli 2010-cu ilin parlament seçkilərində birdən-birə “asi” düşdü. 2013-cü ilin seçkilərində isə o, özünü “siyasi karyerasının zirvəsində” hiss etməyə başladı. “Milli şura”nın namizədliyi onun bəxtinə düşəndən sonra (Məhz bəxtinə düşdü, hələ xeyli müddət öncə ötən saylarımızda yazmışdıq ki, İbrahimbəyov “milli şura”dan qaçandan sonra naçar qalaraq “namizədlik taxtı”na Həsənlini “Yusif Sərrac” timsalında oturtdular-İ.) Həsənlinin radikalizmi və hakimiyyətə qarşı əsassız ittihamları püskürməyə başladı. Amma məntiqi olaraq ictimaiyyət, eləcə də onun keçirməyə çalışdığı görüşlərdə insanlar Həsənlinin bu radikalizmini qəbul etmədi, əksinə onlarda Həsənlinin bir obyektiv professor, ziyalı olmasına qarşı ciddi şübhələr oyandı. Bundan sonra isə onun vaxtından əvvəl yüksək məbləğdə təqaüd almaq üçün saxta sənədlər düzəltdiyi barədə məlumatlar və digər məsələlər ortaya çıxdı ki, bütün bunlar C.Həsənlinin ifrat qeyri-obyektiv radikalizmi ilə birlikdə onun ziyalı imicini yeyib tükətdi.
Bu barədə “Palitra”ya fikirlərini bildirən BAXCP sədrinin müavini Elçin Mirzəzadə də qeyd etdi ki, Cəmil Həsənli bu günə qədər qazandıqlarını siyasu fəaliyyətinə görə deyil, elmi fəaliyyətinə görə qazanmışdı: “Bu baxımdan, elmdə qazandıqlarını siyasətdə xərcləməli deyildi. Digər tərəfdən, vaxtilə imtina etdiyi düşərgənin hələ də dəyişmədiyinin fərqinə varmalı, onları öz arxasınca aparmağa, dəyişməyə, sivil dünyaya inteqrə etməyə çalışmalıydı. Amma Cəmil Həsənli nəinki onların səviyyəsinə endi, hətta onların idarə etdiyi, təlimatlandırdığı marionet fiqura çevrildi. Bununla da özünün ziyalı obrazını darmadağın etdi, sıradan bir radikal mitinq iştirakçısı təsiri bağışlamağa başladı”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info