“Xaricdəki gənclərimizin şəbəkəsini qurmaq niyyətindəyik”
Tarix: 04.10.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Azad Hüseynov: “Gənclərimizin xaricdə təhsil alması Azərbaycanda bütün sahələrin inkişafına yol açır”

Müsahibimiz Azad Hüseynov 1990-cı ildə keçmiş Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. 1998-ci ildə 273 nömrəli məktəbdə orta təhsilə başlayıb. 2004-cü ildən təhsilini Mingəçevir Özəl Türk liseyində davam etdirib. Buradan məzun olduqdan sonra İstanbul Beykent Universitetinə qəbul olub. Daha sonra Tbilisi şəhərində yerləşən Beynəlxalq Qaradəniz Universitetinə kecib. Hal-hazırda bu universitetdə təhsilini davam etdirir.
-Gənclərin xaricdə təhsil almasının Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Gənclərimizin xaricdə təhsil alması Azərbaycanda bütün sahələrin inkişafına yol açır. Çünki xaricə gedən hər bir azərbaycanlı gənc aldığı təhsili ilə Azərbaycana nə kimi faydalı olacağını düşünür. Fərqli mədəniyyət və düşüncələri öyrənir. Bu düşüncələri burada tətbiq edir. Yenilikçilik hər zaman inkişafı özü ilə gətirir. Təbii ki, bu yenilikçiliyin yanında sənin tarixin də olmalıdır. Xaricdə təhsil alan azərbaycanlı gənclərin böyük hissəsi orada öyrəndiklərini burada müvəffəqiyyətlə həyata keçirirlər.
- Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsilə marağı necədir?
- Gürcüstanda imkanlılar, təhsil almaq qabiliyyətinə malik olanlar təhsil alırlar. Düzdür, kəndlərdə yaşayan azərbaycanlılarda təhsilə maraq o qədər də böyük deyil. Amma ümumi götürsək, pis sayılmaz.
- Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi nəcədir?
- Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi çox inkişaf etməsə də qənaətbəxş sayıla bilər. Düzdür, bəzi gənclər təşkilatları bu baxımdan müəyyən işlər görürlər, amma bunun yetərli olmadığı görünür. Bildiyiniz kimi Gürcüstanda 250 minə qədər azərbaycanlı yaşayır. Amma hələ də bu azərbaycanlıların içərisində barmaqla sayıla biləcək qədər gənclər özlərini sübut edə biliblər. Bundan əvvəlki sualda yenilikçilikdən bəhs etdim. Heyif ki, buradakı azərbaycanlı gənclər yenilikçilyə açıq deyillər. Bəzi təşkilatlar var. Məsələn, Marneuli Gənclər təşkilatı. Onların fəaliyyətləri qənaətbəxş sayıla bilər. Bu təşkilatdan başqa azərbaycanlıların demək olar ki, burada heç bir qeyri-hökumət təşkilatı, gənclər hərəkatı yoxdur.
-Gürcüstandakı gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
-Gürcüstandakı gənclərimizdən diaspor sahəsində aktivlik göstərənlər var. Belə bir neçə ad çəkə bilərəm. Özünü tanımasam da Ramilya Əliyeva adlı burada bir xanım var. Azərbaycanı həddindən çox sevir. “Twitter” adresindən oxumuşdum ki, Tbilisidəki Azərbaycan kitabxanası üçün kitablar toplayırdı.
Marneuli Gənclər təşkilatı diaspor fəaliyyəti ilə fəal məşğul olur. Onların da çoxlu təbliğati işləri var. Ümid edirəm ki, 2-3 il sonra bu sual mənə veriləndə təkcə bu təşkilatın yox, bir neçə təşkilat və hərəkatın adını sadalaya biləcəm.
- Xaricdəki gənclərin daha da həmrəy olması üçün hansı addımları atırsınız?
- Biz, xaricdəki gənclərin daha həmrəy, Vətəninə daha bağlı olması üçün Gənclər Şəbəkəsini qurmaq niyyətindəyik. Bu şəbəkə gənclərin təkcə həmrəyliyini yox, həm də onların Azərbaycan üçün ayrı-ayrılıqda nələr edə biləcəyini göstərməkdir.
-Gənclərlə bağlı hansısa tədbir keçirirsiniz?
- Gənclərlə bağlı tədbirlərimiz olub. Burada biz Marneuli Gənclər Təşkilatı ilə birgə bir sıra tədbirlər keçiririk. Bunlara bayramlar, respublika əhəmiyyətli ildönümləri, idman yarışları, mahnı müsabiqələri aiddir. Bu il quracağımız şəbəkə vasitəsi ilə bunları sizlərlə paylaşacağıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info