“Bir daha Ermənistana getməyəcəyəm”
Tarix: 04.10.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Ermənistan paytaxtı İrəvanda etdiyi çıxışından sonra təhqir və təhdidlərlə üzləşən Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı hədə-qorxular hazırda səngiyib.
Bu barədə Moldova ombudsmanı Aureliya Qriqoriu özü məlumat verib. O əlavə edib ki, məşhur çıxışından sonra öz ölkəsində üzləşdiyi xoşagəlməz vəziyyətində heç bir dəyişiklik yoxdur.
Bu ilin payızında keçirilməsi planlaşdırılan Moldova ombudsmanı seçkilərində iştirakı ilə bağlı sualı cavablandıran A.Qriqoriu bildirib ki, onun seçkilərdə iştirakı Moldova parlamentinə təklif olunan insan haqları üzrə müvəkkili barədə qanuna dəyişikliklərin müzakirəsindən və qəbul olunmasından asılı olacaq: “Əgər Ermənistanda insan haqları ilə bağlı tədbir təşkil olunsa, bu ölkəyə bir də gedəcəksinizmi?” sualına isə moldovalı ombudsman belə cavab verib: “Bu ölkəyə qətiyyən bir də getməyəcəyəm. Onlar “çox qonaqpərvər”dirlər. Oktyabrın 30-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcəyəm”. Dağlıq Qarabağ münaqişəsi qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı sualı şərh edən A.Qriqoriu qeyd edib ki, bu məsələ həm Azərbaycanın, həm də ölkə ombudsmanın səlahiyyətidir: “Lakin harada işləməyimdən asılı olmayaraq, mən imkan daxilində bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə çalışacağam ki, beynəlxalq aləm bu haqların pozulmasının aradan qaldırılması prosesinə cəlb olunsun”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info