Prezident: “Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək“
Tarix: 06.04.2020 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşüb, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılması nəzərdə tutulurdu: “Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır
23.05.2020
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
23.05.2020
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi üçün 5 milyon manat ayırıb
23.05.2020
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
23.05.2020
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info