Masallı rayonunda vətəndaşlara ərzaq paylanır
Tarix: 06.04.2020 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib. Belə ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri “Evdə qal!” devizi ilə 5 aprel 2020-ci il tarixdə keçirilən humanitar aksiyaya qoşularaq 65 yaşdan yuxarı və tənha yaşayan rayon sakinlərinə ərzaq yardımlarının paylanmasında iştirak etmişdir.

Aksiya çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 65 yaşdan yuxarı və tənha yaşayan ümumilikdə 143 nəfər rayon sakininə ərzaq yardımları verilib. Həmin zəruri ərzaq məhsulları vətəndaşlara yaşadıqları ünvanda, evlərində çatdırılıb.
İştirak etdiyimiz Masallı şəhər, Boradigah qəsəbə, Şərəfə və bir neçə kənd ərazilərində Minarə Niftullayeva, Gülçiçək Əliyeva, Minəxanım Muxtarova, Zənfirə Əkbərova, Gülqayıd Zeynalova, Ağabacı Məmmədova və başqa vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 65 yaşdan yuxarı vətəndaşların siyahısı əvvəlcədən dəqiqləşdirilərək onlarla birbaşa yaşadıqları evlərində fərdi söhbətlər aparımış, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrinin vacib olduğuğu, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələri onlara tövsiyə edilmişdir.
Masallı rayon rəhbəri, icra hakimiyyəti aparatında yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə söhbətlər, həmçinin rayon Gigiyena və Epidemiologiya və rayon Dezinfeksiya Stansiyası tərəfindən rayon ərazisində, kənd və qəsəbələrdə tibbi dezinfeksiya işləri aparılır. Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti aksiya sabah, aprelin 7-də davam edəcək.

ƏLIHÜSEYN ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
24.05.2020
Yardımlı RİH bayram sovqatı paylayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info