“Prezidentin siyasətinin əsas məqsədi millətin sağlamlığı, təhlükəsizliyi və rifahının təmin edilməsidir”
Tarix: 06.04.2020 | Saat: 19:44:00 | E-mail | Çapa göndər



“Koronovirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən az itki ilə çıxmaqdan ötrü cənab Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlət və hökumət qurumlarımızın həyata keçirdiyi önləyici tədbirlər, fövqəladə hallarda yorulmaq bilmədən bacarıqla işləmələri rəğbət doğurur. Belə bir vəziyyətdə cənab Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri və dövlət başçımızın söylədiyi nitq böyük əhəmiyyət daşıyır”.

APA-nın məlumatına görə, bunu millət vəkili Musa Qasımlı deyib.
M. Qasımlı bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maska qıtlığı mövcuddur: “İstehsalçı ölkələrin tibbi maska ixracı ilə yanaşı, istehsal avadanlığının və xammalın ixracını da dayandırmaları müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, millətimizin sağlamlığının etibarlı təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşan dövlət başçısımızın tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalının Azərbaycana gətirilməsinə nail olub.
Fikrimcə, bu açılışa sadəcə yeni bir müəssisənin qurulması kimi qiymət vermək məhdud yanaşma olardı. Hər şeydən əvvəl, müəssisənin açılışı bir daha göstərdi ki, cənab Prezidentimizin siyasətinin başlıca məqsədi yaranmış şəraitdə millətimizin və dövlətimizin qorunması, insanlarımızın bu xəstəliyə yoluxmasının qarşısının alınması, millətimizin sağlamlığının, təhlükəsizliyinin, rahatlığının və rifahının etibarlı təmin edilməsidir”.

Deputat qeyd edib ki, məhz operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun önləyici addımların atılması öz səmərəsini verib: “Çevik idarəçilik və dövlətimizin sahibkarlara dəstəyi nəticəsində ölkəmizin maska ilə təchizat sarıdan idxaldan asılılığına son qoyuldu və yerli istehsala keçildi. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edən müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Həm də nəzərdən qaçırmayaq ki, bu iş iki həftə ərzində görülüb. İkincisi, qısa müddətdə ölkəmizdə dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Üçüncüsü, müəssisənin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricilərindən biridir. Dördüncüsü, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bütün bunlar yeni iş yerlərinin açılması deməkdir. Nəhayət, koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərsə də, cənab Prezidentimizin öz nitqində dediyi kimi, ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, həm də məşğulluqla bağlı problemlər öz həllini tapsın. Nitqində dövlət başçımızın sahibkarlara iş yerlərini ixtisar etməmələrinə dair çağırışı və tələbi hamının ürəyindəndir.
Göründüyü kimi, dövlət və hökumət orqanlarımız özlərindən asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər. Belə şəraitdə vətəndaşlarımız məsuliyyətli, nizam-intizamlı olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün təlimatlarına tam riayət etməlidirlər ki, xəstəlik geniş vüsət almasın, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Biz birlikdə güclüyük”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info