“Prezident bir daha göstərdi ki, insanların sağlamlığı, təhlükəsizliyi əsas amildir!”
Tarix: 06.04.2020 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Əziz Əlibəyli: “Hazırda dünyada əsas söz sahibi olanlar artıq pandemiyaya qarşı uğurlu mübarizə aparanlardır. O sırada Azərbaycan ilk yerlərdən birində qərarlaşmaqla yeni dünyanın dizaynında önəmli rola malikdir”

“İnsanlar maskanı virusa qarşı ən böyük silah hesab edirlər. Çünki müharibə psixlogiyasında silah nədirsə, bu gün maska odur və Prezident İlham Əliyevin açılışını etdiyi tibbi maska fabriki də vətəndaşlarımızı əmin etdi ki, cəbhənin bu hissəsində də qalib gəlmək əzmindəyik”.

Bunu “Palitra”ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, eyni zamanda öz tələbatımızı qarşılayacaq, hətta digər ölkələrə də ixrac etmək üçün nəzərdə tutulan istehsal təkcə iqtisadi, tibbi göstərici deyil, birbaşa milli təhlükəsizlik məsələsidir:
“Azərbaycan dövlətçiliyi müstəqillik tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, fövqəladə hallarda, təbii fəlakətlərdə zərər çəkən vətəndaşlarını mənzillə təmin edir, sosial rifahının qayğısına qalır. Bu gün də ağır durumda ölkə başçısı insan amilinin əsas olduğunu göstərir, açıq şəkildə görünür ki, dövlətin yürütdüyü siyasətdə əsas amil insanların sağlamlığı, təhlükəsizliyi, rahatlıq və rifahı hər şeydən üstündür!”.
Ə.Əlibəyli dünyada cərəyan edən bəzi anormal proseslərin də təəssüf doğurduğunu qeyd etdi: “Bu gün pandemiya dünyaya yeni bir baxış təqdim edir.
Dünyanın böyük dövlətləri, eyni zamanda yeri gəldi-gəlmədi özlərini insan haqlarının qoruyucusu, demokratiyanın keşikçisi kimi təqdim edənlər çinli vətəndaşlara divan tutur, rasist çağırışların şahidi oluruq, pandemiya ilə mübarizə isə faşizmin güclənməsi, millətçi şüarların artması ilə müşayiət edilir.
Amma faktiki dünyada əsas söz sahibi olanlar artıq pandemiyaya qarşı uğurlu mübarizə aparanlardır. O sırada Azərbaycan ilk yerlərdən birində qərarlaşmaqla yeni dünyanın dizaynında önəmli rola malikdir”.
Ə. Əlibəyli daha sonra bildirib ki, Operativ Qərargahın iş prinsipi, əldə edilən təcrübələr, data-bazaların yaradılması, icraya qəbul edilən qərarların qısa müddətdə uyğunlaşdırılması böyük uğurla davam etdirilir: “Dünyada BVF-ya müraciət edən ölkələrin sayı səksəni keçib. Amma bir zamanlar BMT-nin qaçqınlar üzrə qurumlarının siyahısına başçılıq edən Azərbaycan artıq bu siyahıda yoxdur, eyni səviyyəli mübarizəni pandemiyaya qarşı da göstərməkdəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info