Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
Tarix: 06.04.2020 | Saat: 19:48:00 | E-mail | Çapa göndər



Prezident İlham Əliyevin dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq imzaladığı əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir.

Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib: “Əminəm ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanıb. Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş edib”.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın böyük sosial mahiyyət kəsb etdiyini vurğulayan Sədaqət Vəliyeva qeyd edib ki, dövlətimizin başçısının bu qərarı məhkumların kimliyinə, törətdiyi cinayətə görə ayrı-seçkilik olmadan yaşı 65-i keçmiş insanların sağlamlığının qorunması üçün verilib: “Prezident İlham Əliyev əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, onlara ev şəraitində xidmətlərin göstərilməsini təmin etmək üçün belə bir addım atdı. Bu, təkcə cinayət törətmiş şəxslərə qarşı humanizm addımı deyildi, həm də insanlığa verilən dəyər idi. Bu Sərəncam bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili durur və Prezident İlham Əliyevin üçün insanların sağlamlığı, təhlükəsiz həyatı bütün məsələlərdən öndə durur”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info