Əhaliyə pulsuz tibbi maskalar paylanılır
Tarix: 06.04.2020 | Saat: 20:20:00 | E-mail | Çapa göndər



Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Evdə qal!” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb. Tikilən 1000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Evdə qal!” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları
24.05.2020
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından aztəminatlı ailələrə sovqat
24.05.2020
“Rabitəbank” aztəminatlı tənha yaşayan ahılları sevindirib
24.05.2020
“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info