“Cəmil Həsənli hər çıxışı ilə özünü daha da hörmətdən salır”
Tarix: 07.10.2013 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Müxalifət bir neçə aydır ki, yenicə peyda olan ada sitayiş etməyə başlayıb. Bu ad “milli şura”nın prezidentliyə namizədi olan Cəmil Həsənlidir. Amma onun da “müqəddəs” görüntüsü digər müxalif liderlər kimi yox olmağa başlayır. Maraqlısı isə budur ki, bunu elə Cəmil Həsənli özü öz əməlləri və yersiz, uğursuz seçki təbliğat-təşviqat kampaniyası ilə etmiş oldu. Hər dəfə debata qatılan Cəmil Həsənli çıxışdan-çıxışa daha da hörmətdən düşərək, ziyalı adına yaraşmayan fikirlər səsləndirib, populist çıxışlar edir. Görünür elə buna görədir ki, uğursuzluğu əvvəlcədən hiss edən AXCP sədrinin müavini və “milli şura”nın mitinq komitəsinin rəhbəri Asəf Quliyev hər iki fəaliyyətinə son qoyaraq, bunu qaranlıq fəaliyyətləri ilə əlaqələndirdi
Qısası, artıq Cəmil Həsənli “mif”inin sona çatmasına saatlar qaldı, desək yanılmarıq.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Palitra”ya verdiyi açıqlamada Cəmil Həsənlinin müxalifət üçün uğursuz bir seçim olduğunu söylədi. O, “milli şura”nın namizədinin çıxışdan-çıxışa daha da hörmətdən düşməsini sözügedən şəxsin uğursuz seçki platforması və düzgün seçilməyən komanda ilə əlaqədar olduğunu da vurğuladı: “Öncə onu deyim ki, Azərbaycanda radikal müxalifətin daim uğursuzluğa düçar olmasının bir neçə səbəbi var. Bu səbələrdən biri də onların daim əsas məqamlarda düzgün seçim edə bilməmələridir. Hələ Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçəndə mən bu birliyin, qüvvələrin yanlış yolda olduğunu dəfələrlə mətbuatda bəyan etmişdim. Əgər İbrahimbəyov kimi zəif, siyasətdən anlayışı olmayan, hərdəmxəyal bir şəxsi özlərinə lider seçdilərsə, onun namizədliyi alınmayanda yeni bir namizədin ondan da uğursuz olacağını gözləmək olardı. Bəli bu, belə də oldu. İbrahimbəyov zəif bir namizəd idisə, Həsənli ondan da zəif biri oldu. Hesab edirəm ki, ümumiyyətlə hazırda onun nə qədər uğursuz bir seçim olmasını isbatlamağa ehtiyac da yoxdur. Hər şey göz önündədir- debatlardakı çıxışlar, son gündə tələsik ictimaiyyətə bəyan edilən şişirdilmiş seçki platforması və s. Bu debatlara baxmamaq da olardı. Amma insanları maraq boğurdu, axı görək bizim namizədlərimiz hansı savadın, səviyyənin sahibidir. Onlar seçki platformalarından danışacaqlar, ya ölkə başçısını ittiham edib, təhqirə cəhd edəcəklər. Təəssüf ki, Cəmil Həsənli son çıxışlarına kimi ikinci varianta üstülük evrdi. Axı sən yaşlı adamsan, özünü professor sayırsan. Onun çıxışlarını alim adı daşıyan birinə yaraşdıra bilmirsən”
Fuad Əliyev deyir ki, hər kəs debatlara baxanda siyasət adına müxalifətin namizədinin uğurlu bir iş görmədiyinin şahidi oldu: “Əslində, hesab edirəm ki, bu onun seçki təbliğat-təşviqat kampaniyasında ən uğursuz gedişləri oldu və belə təhqirlər, yersiz ittihamlar onun nüfuzuna mənfi təsir göstərdi. Bəlkə də o ziyalı kimi çıxışlarını edib, hörmət qazana bilərdi. Cəmil Həsənlinin çıxışlarına baxanda mən seçici olaraq heç vaxt ona səs vermərəm. Çünki birinci növbədə mən özüm-özümə hörmət edirəm. Digər tərəfdən hesab edirəm ki, Cəmil Həsənlinin arxasında duran bu komandanın toplaşdığı “milli şura”nın özü uğursuz bir layihə idi”.
ALDP sədrinin sözlərinə görə bu düşərgədə yaşanan hər bir uğursuzluğun başında intriqalar, yersiz iddialar və şəxsi ambisiyaların önə çəkilməsi durur. Onun deməsinə görə, “milli şura” tələsik yaradılmışdı. Seçkiyə hazırlıq bir neçə il əvvəl başlayır. Bu birlik isə gec yaradıldı və heç platformaları belə yox idi: “Onu yaradanda da partiya olaraq bu qüvvələrlə mövqelərimiz üst-üstə düşmədi. Çünki onlar yenə də rəhbərliyə ənənəvi iki partiyanı- AXCP və Müsavatı daşıdılar. Bu iki qüvvə də burada əsas söz sahibi olaraq seçim etməyə başladılar ki, kim bu “milli şura”ya daxil olsun kimlər buradan kənarda qalsın. Ağalıq iddiası ilə bildirməyə başladılar ki, bu qüvvə müxalifətdi, digəri neytraldı və s. Ona görə də yalnız onların seçimi ilə birliyə daxil olmaq olurdu. Bu səhv addım onu göstərdi ki, AXCP sədrinin müavini və “milli şura”nın mitinq komitəsinin rəhbəri axırda hər iki qurumdan istefa verdi. O, etiraf etdi ki, “biz seçkilərə hazırlıqsız qatıldıq və uğursuzluğa məhkumuq”. Ümumiyyətlə, bu birliyi bir neçə partiya və təşkilat təsis etmişdi. Amma sonda görürsünüz ki, burada cəmi iki partiya qalıb. Digər qüvvələr sanki kölgəyə çəkiliblər. Bunlar da ciddi məsələlərdir. Hər şey böyük inciklik və söz-söhbətlərə bağlıdır. Seçkilərdən sonra bütün paxırlar açılacaq”.
Partiya sədri onu da vurğuladı ki, bir-birini qəbul etməyən təşkilatklar heç vaxt birləşə bilməzlər. Xüsusən də söhbət prezident seçkiləri kimi məsuliyyətli və ağır bir yükün altına girməkdən gedirsə, bu mümkün deyil. Orada iddialı adamlar çox idi. Namizəd olmaq istəyən liderlər əsas məsələni-seçkiyə vahid komanda altında vahid namizədlə qatılmağı kənara qoyub, İsa Qəmbərin seçkidə namizəd kimi iştirak etməsinin qarşısını almağa çalışdılar. Bütün proseslər də buna yönəldi. Ona görə də bu “milli şura” adlanan qurumun əvvəldən heç biri uğuru real görünmürdü, nəinki Cəmil Həsənlinin hansısa perspektiv vəd etməsi ola: “Hələ “milli şura”nın təsis konfransı olarkən biz hesab edirdik ki, belə bir təşkilatın qələbə qazanmaq şansı yoxdur. Hansı perspektivdən danışmaq olar ki, Cəmil Həsənlinin keçirdiyi görüşlərdə, debatlarda səsləndirdiyi fikirlər populist çıxışlardan ibarət idi. Onunla görüşlərə maksimum iki min adam gəlirsə, seçkidə bu namizədə nə qədər səs verər axı? Özləri isə iddia edirlər ki, guya “milli şura” özündə narazı elektoratı birləşdirir. Amma göründü ki, elə narazı elektorat da onları boykot edir. Ən azından gəlib onların mitinqində iştirak etmirlərsə, deməli seçkilərdə də bu qüvvələrə inanan olmayacaq. Bu baxımdan sözügedən namizədin perspektivini görmürəm. Cəmil Həsənlinin tərəfdaşları və seçicilərdən gizlətdiyi keçmişi də bu debatlarda hamıya bəlli oldu. Ona verilən suallar da cavabsız qaldı. Çox-çox uğursuz bir namizəd oldu. Namizəd ən azından ləkəsiz olmalıdır və prezident olmaq istəyən şəxsin keçmişindəki qaranlıq məqamlarla bağlı suallar doğmamalıdır. Normal, saf bir şəxs müxalifətə öndərlik etməli idi. Amma bir daha təkrar edirəm ki, İbrahimbəyov nə qədər uğursuz bir seçim idisə, Həsənli ondan da uğursuz bir namizəd oldu”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info