“AtaBank” və “MasterCard“-dan UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı
Tarix: 07.10.2013 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


“AtaBank” və "MasterCard" yeni lotereya kampaniyasına başlayırlar. Kampaniyanın qalibləri UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək "Qalatasaray"- "Yuventus" oyununa dəvətnamə, övladları isə ulduz futbolçularla sıra düzülüşünə çıxmaq imkanını qazanacaqlar.
Lotereyada 1-31 oktyabr 2013-cü il tarixləri arasında Azərbaycanda və xaricdə alış-veriş zamanı POS terminallarda və ya internetdə (elektron ticarət) "Maestro" və ya "MasterCard" tipli kartlardan istifadə edən kart sahibləri iştirak edirlər. Bu kartlar vasitəsilə edilmiş hər bir ödəniş əməliyyatına 1 müvafiq identifikasiya nömrəsi verilir və bu nömrələrin hər biri 1 uduş şansına malik olan virtual (elektron) lotereya biletlərinə bərabər sayılır. Hər hansı nağd əməliyyatlar, o cümlədən ATM-lərdən nağd pulun çıxarılması üzrə əməliyyatlar kampaniyada iştirak etmir.
Lotereyanın qalibləri hədiyyə paketləri alacaqlar. Hər bir paketə "Qalatasaray" - "Yuventus" oyununa iki ədəd dəvətnamə (biri qalib, digəri isə qalibi müşayiət edən uşaq üçün), iki nəfərlik bir gecəlik hotel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir.
Uduş fondu üç ədəd hədiyyə paketindən ibarətdir. Lotereyanın 3 qalibi olacaq və onların adları 7 noyabr 2013-cü il tarixində xüsusi proqram vasitəsilə, təsadüfi seçim prinsipi ilə müəyyən edilərək, 8 noyabr 2013-cü il tarixində "MasterCard" şirkətinin rəsmi veb-səhifəsində elan olunacaq (www.mastercard.com).

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19.04.2019
SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info