Rəsul Quliyev yenə cəbhəçiləri təhqir etdi
Tarix: 07.10.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Milli şura”da təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) arasında növbəti dava başlayıb. “Palitra”ın məlumatına görə, Rəsul Quliyevin “Facebook” səhifəsində paylaşdığı video-müsahibəyə şərh yazıb, eks-spikeri təhqir edən AXCP-nin mətbuat katibi Natiq Adilova qarşı tərəfin cavabı daha ağır olub.
Rəsul Quliyev Natiq Adilovu tanımadığını deyərək, onun intellektsiz olduğunu bildirib. “Mən bilmirəm bu Natiq Adilov kimdir. Onu deyə bilərəm ki, yazıları ilə həmin 20 illik “qətiyyətli mübarizədə” özlərindən başqa heç kimin tanımadığı müxalifət cəbhəsindən olar. Tərcümeyi-halı bir cümlə ilə yazılanlar qrupuna aid olar. Yəni anadan oldu və 20 ildir müxalifətçilik edir, həyatda heç bir şeyə nail ola bilməyib. Belə adamlar üçün məsələn, “bəy, bir donqili intervyü vermisən, ondan sevinirsən” yazmaq özlərinin yaşayış tərzindən irəli gəlir. Çünki həyatda heç bir yeri-yurdu olmayan bu tipli adamların sevinməkləri başqalarına qərəzli şeylər yazmaqla bağlıdır, başqa iş əllərindən gəlmir. Müvəqqəti sevinmək üçün bu tipli adamlara şərait yaratmağımdan da razıyam. Bu tipli adamların məsələn, “mən belə deyirəm, amma əslində belə deyil” izahatını verib, sonra öz leksikonlarından məsələn, “donqili” sözündən istifadə etmək şansları yoxdur, intellektləri imkan vermir”-deyə Rəsul Quliyev cəbhəçilərə cavab verib.
Qeyd edək ki, Natiq Adilov Rəsul Quliyevə “donqili” deyə müraciət etmişdi. O da ehtimal olunur ki, həmişəki kimi Əli Kərimli öz funksionerlərini Rəsul Quliyevin üzərinə buraxıb. Maraq üçün bildirək ki, Rəsul Quliyev bundan əvvəl də bir neçə dəfə öz həmkarlarını ciddi tənqid edəndə təzyiqlərlə üzləşmişdi ki, o zaman da Əli Kərimli və İsa Qəmbərin özü deyil, hansısa müşavir və ya funksioner eks-spikerlə davaya qalxmışdı. Görünür, bu xəmir hələ çox su aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info