“The Washington Post”: “Milli şura” seçkilərdən sonra yaşamayacaq”
Tarix: 07.10.2013 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Ənənəvi müxalifət partiyalarının gələcəyi də şübhəlidir”

Azərbaycanda keçiriləcək prezident seçkiləri dünyanın bir sıra aparıcı media orqanlarının da diqqət mərkəzində saxlanılır. ABŞ-ın və dünyanın ən nüfuzlu qəzeti olan “The Washington Post” Azərbaycandakı seçki proseslərini təhlil edib. Geniş məqalə ilə çıxış edən qəzet ənənəvi müxalifət partiyalarının da gələcəyinin şübhəli olduğunu, hazırkı Prezident İlham Əliyevin böyük fərqlə qalib gələcəyini yazır .
Məqalənin müəllifləri ABŞ-ın Yakobs Universitetinin (Jacobs University Bremen) siyasi elmlər üzrə professoru Fərid Quliyev və Vaşinqton Universitetinin (University of Washington) Kommunikasiyalar Departamentinin Azərbaycan araşdırmaları qrupunun rəhbəri Keyt Pirsdir.
Məqalədə deyilir ki, əksər ekspertlər indiki seçkilərin nəticələrinin Prezident İlham Əliyevin xeyrinə artıq müəyyyən olunduğu qənaətindədir. Qəzet Azərbaycanın neft gəlirləri sayəsində ötən 10 ildə sərvətlərini xeyli artırdığı, hər il hökumətin neft ixracından 15-20 milyard dollar gəlir əldə etdiyini vurğulayır. Müəlliflər hakimiyyətin kifayət qədər güclü olduğunu, müxalifətin isə zəiflədiyini yazırlar. Lakin müəlliflər əlavə edir ki, müxalifət partiyalarının bütün günahları resursların qeyri-bərabər olması amilinin üzərinə atması da problemi həll etmir. Müxalifət partiyalarının da daxilində çoxsaylı ziddiyyətlər var və onların qabiliyyəti yetərli deyil.
“İndiki seçkilərdə də şərtlər əvvəlki kimi qalır, ancaq proses 2008-ci ilə nisbətən daha qızğın keçir” - deyə məqalədə bildirilir.
Qəzet bu seçkini əvvəlki seçkilərdən fərqləndirən səbəblərdən biri kimi müxalif qrupların birləşərək “milli şura” yaratmasını və nəhayət, öz aralarında vahid namizəd müəyyən edə bilmələrini göstərir. Yazıda xatırladılır ki, indiki Prezidentə qarşı 9 namizəd mübarizə aparır. İqbal Ağazadə çıxışlarını ümumi tezislər və dəyişiklik çağırışları əsasında qursa da, Cəmil Həsənli birbaşa hakimiyyəti və onun rəhbərliyini hədəfə alıb.
Qəzet yazır ki, Cəmil Həsənlinin öz proqramını təqdim etmək əvəzinə mövcud hakimiyyətin korrupsiya əməllərini tənqid etməsində yeni heç nə yoxdur. Bu taktika artıq müxalifət tərəfə meyil etmiş bir çox seçiciləri mobilizasiya etməyə imkan verərdi. Lakin mövcud hakimiyyətlə bu cür mübarizə qeyri-effektivdir və faktiki olaraq indiki hakimiyyətin ürəyindən olan məsələdir. Çünki bu taktika hakimiyyətə imkan verir ki, müxalifəti nə dərəcədə parçalanmış, ziddiyyətlər içində olan və heç bir proqrama malik olmayan qüvvə kimi təqdim edə bilsin.
Məqalədə 2009-cu ildə siyasi səhnəyə çıxan və lideri hazırda həbsdə olan REAL hərəkatından da bəhs edilir. Bildirilir ki, bu hərəkat ənənəvi müxalifət partiyalarının bir çox zəif cəhətlərindən istifadə etməyə çalışırdı. Hərəkat siyasi dəyişikliklərin ideoloji və proqram əsaslarını hazırlamağa diqqəti yönəldib.
Məqalədə İlham Əliyevin böyük fərqlə qalib gələcəyinin şübhə doğurmadığını yazır.
Məqalədə daha sonra deyilir ki, ölkədə baş verən dinamik dəyişikliyə əsasən narazı elektorat daha çox iqtisadi baxımdan zəif inkişaf etmiş regionlarda cəmləşib. Bakıdakı siyasi elita, əsasən ənənəvi müxalifət partiyaları isə öz fəaliyyətlərini şəhər ərazilərində qurmağa meyilli olublar.
“Müxalifət partiyaları əvvəlki səhvlərindən nəticə çıxarıb vahid koalisiyada birləşsələr və vahid namizəd müəyyən etsələr də, onlar seçkilərə qədər olan vaxtdan kütlələrlə işləmək, öz partiya proqramlarını insanlara çatdırmaq üçün istifadə edə bilməyiblər. Bu partiyalar hələ də gəncləri liderliyə irəli çəkmirlər və hələ də daxili ziddiyyətlərdən əziyyət çəkirlər” - deyə qəzet yazıb.
Məqalədə daha sonra deyilir: “Birləşmiş müxalifətin “milli şura”sı çox güman ki, bu seçkilərdən sonra yaşamayacaq. Həmçinin ənənəvi müxalifət partiyalarının gələcəyi də şübhəlidir, lakin gözləməyin ki, onlar siyasi səhnədən tam yoxa çıxacaqlar. Bu partiyaların liderləri on illərdir partiyalarının başındadır və onların adları tanınır. Lakin yorğunluq da özünü göstərir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info