“Milli şura” məğlub olacaq”
Tarix: 07.10.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Əli Orucov: “Seçkilərin nəticələri artıq indidən də məlumdur”

“Milli şura” adlı radikal müxalifət qurumu artıq son addımlarını atmaqdadır. Prosesləri izləyənlər bu qurumun hansı ziddiyyətlər və daxili səbəblərdən doğan məhrumiyyətlərlə seçkiyə getdiyini gözəl bilirlər. Bu azmış kimi, “milli şura”nı təşkil edənlərin seçici diqqətini cəlb etmək üçün öz ətraflarında yaratdıqları “stəkanda fırtına” çalışmaları da tükənib bitib. Bunu onların təşkil etdikləri son mitinqdən də aydın şəkildə görmək olar. Belə ki, “milli şura”nın ötən şənbə keçirdiyi son mitinq qurumun real gücsüzlüyünü bir daha açıb ortaya qoydu. “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirilən “milli şura”nın son mitinqində əvvəlkindən də az sayda adam vardı - 1000-1200 nəfər. “Məhsul” stadionunun əksər hissəsi boş qalmışdı. İştirakçıların seyrəkliyi və azlığı “milli şura”nın “möhtəşəm” adlandırdığı bu aksiyanın real miqyasını əməllicə faş etdi. Mitinqdə Cəmil Həsənlini tribunada heç bir “milli şura” başçısı müşayiət etmirdi. Onun yanında nə İsa Qəmbər, nə Əli Kərimli, nə də Eldar Namazov vardı. Onlar Cəmil Həsənlinin uduzacağını yaxşı bildikləri üçün indidən onu və iştirakçıları meydanda tək qoymuşdular. Həsənlinin mitinqi yenicə başlamışdı ki, iştirakçılar artıq üç-üç, beş-beş mitinqi tərk etməkdə idilər. İştirakçıların çoxu mitinqin sonunu gözləmədilər. Mitinq beləcə, çox sönük bir şəkildə və iştirakçıların çoxunun meydanı əvvəlcədən tərk etməsi ilə başa çatdı... Bununla da “milli şura”nın seçkiyə hansı və nə qədər elektoratla getdiyi, hansı “uğur”a nail olacağı bir daha açıq müşahidə edildi...
Müxalifət düşərgəsindən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov da “milli şura”da toplaşan ənənəvi müxalifətin bu seçkidə uğursuz çıxış etdiyini bildirir. Ə.Orucov “Palitra”ya açıqlamasında bildirdi ki, seçkilərin ikinci mühüm mərhələsi olan təbliğat-təşviqat dövrü artıq yekunlaşır: “Seçki kampaniyası dövründə kim nəyi bacardı, onu etdi, hansı səviyyəyə sahib idisə, onu da ortaya qoydu. Bundan sonrası seçicilərin ixtiyarındadır.
Ölkədə dəyişiklik istəyən və özünü real müxalif güc hesab edən “milli şura”nın da artıq missiyası yekunlaşmaq üzrədir. Bu qurum başlanğıcda buraxdığı səhvləri düzəltmək imkanlarnı itirməklə seçkidə qalib gəlmək şanslarını də əldən verdi. “Milli şura” məğlub olacaq.
Qalib gəlməyi hədəfləyən “milli şura” səsvermənin nəticələrinə görə ancaq ən yüksək halda ikinciliyi qazana bilər”.
Bu baxımdan da hesab edirəm ki, builki prezident seçkilərinin də taleyi artıq hər kəsə məlumdur”.
Bəs bundan sonra ənənəvi müxalifət başçılarının xalqa deməyə sözü qalacaqmı? Yoxsa onlar siyasi səhnədən çəkilib yerlərini yeni liderlərə verməyə cəsarət etməlidirlər? Bu barədə bildirən Ə.Orucov qeyd etdi: “Təxmini belə proqnozlaşdırmaq olar. “Milli şura” seçkilərin nəticələri ilə barışmayacaq və nəticələri tanımayacaq. Bununla da seçki ili bitmiş olacaq. Seçkidən sonra da MŞ-nın hər hansı bir cidd kütləvi etiraz akisyası keçirəcəyini də zənn etmirəm”.
Bu fikirlərdən də “milli şura” adlı qurumun və onu təşkil edən şəxslərin, qurumların tam siyasi iflasa uğrayacaqları aydın olur…

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info