“Əfv sərəncamı çox yerində və zamanında atılan bir addım oldu”
Tarix: 08.04.2020 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Jalə Əhmədova: “Hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri də geniş vüsət alıb ki, əfv sərəncamı da bu tədbirlərin mühüm bir hissəsi kimi qiymətləndirilməlidir”

Məlum olduğu kimi Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Azərbaycan cəmiyyətində müsbət qarşılanan bu sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.
Cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edənlər, gənclər, ziyalılar, ictimai-siyasi fəallar belə bir həssas dönəmdə ölkə başçısının bu cür nəcib addım atmasını təqdir edirlər.
Milli Məclisin deputatı Jalə Əhmədova “Palitra”ya verdiyi açıqlamada bu sərəncamı alqışladığını və Prezidentə yaşlı, səhhətində müəyyən problemlər olan məhbusları əfv etdiyi üçün təşəkkür etdiyini söylədi. O,
əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə də ümidvar olduğunu söylədi:

“Bildiyiniz kimi əfv aktı sayca 34-cü idi və bu humanist addım Azərbaycan Prezidentinin vətəndaşlara, insanlarımıza verdiyi dəyərin, insanpərvər siyasətinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. 65 yaşından yuxarı insanlarımızın sağlamlığı nəzərə alınaraq əfvin əsasən onlara şamil edilməsi indiki həssas dönəmdə yalnız alqışlanmalıdır. Hazırda cəmiyyətimizdə bütün dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizə də ayaq açması və karantin rejiminin təbii olaraq bəzi sərt qaydaları ilə bağlı müəyyən bir depressiya müşahidə edilir. Bu da başadüşüləndir və müvəqqəti çətinliklərdir. Yəni indiki, insanlarımızın xoş xəbərlər gözlədiyi bir vaxtda ölkə başçısını yaşlı məhbusları əfvə salması nəinki onların yaxınları tərəfindən, ümumilikdə cəmiyyətimiz tərəfindən alqışla qarşılandı. Prezident daim öz vətəndaşlarının yanında olduğunu göstərib. Fərqi yoxdur təbii fəlakətlər, döyüş şəraitlərində, ya da belə pandemiya dönəmində olsun, ölkə başçısı hər zaman xalqın yanında olduğunu, daim insanları düşündüyünü, xalqla həmrəyliyini nümayiş etdirib! Hazırda yaranmış yeni situasiyanın tələblərinə uyğun olaraq öz seçicilərimlə də hər gün virtual bağlantılar qururam, görüşlər keçirirəm və onların da son iki gündə bu nəcib addıma verdikləri reaksiyalar məni sözün həqiqi mənasında qürurlandırır. Yəni, xalq da Prezidentin yanında olduğunu, ölkə başçısı ilə həmrəyliyini, onun atdığı bu cür nəcib addımları isə alqışladığını göstərir”.
Millət vəkili qeyd etdi ki, insanlarda əfv sərəncamına yaranan müsbət rəyi sosial şəbəkələrdəki müzakirələrdən də sezmək olar: “Mən də bir millət vəkili olaraq cənab Prezidentə təşəkkürümü bildirirəm ki, həssas bir dönəmdə belə bir sərəncam imzaladı və bu çox yerində, zamanında atılan bir addım oldu. Hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri də geniş vüsət alıb ki, əfv sərəncamı da bu tədbirlərin mühüm bir hissəsi kimi qiymətləndirilməlidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info