“Hər bir gənc Avropa Olimpiya Oyunlarının təbliğində bacardığı köməkliyi göstərməlidir”
Tarix: 07.10.2013 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Altay Yusifzadə: “Uşaq və gənclərin idman vasitəsilə hərtərəfli inkişafını, olimpiya təhsilinin yüksəldilməsini, eləcə də əhali arasında olimpiyanın təbliğini təmin etməyi düşünürük”

Altay Yusifzadənin fərdi gənc kimi təqdim etdiyi layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qaliblər sırasında yer alıb. “Olimpiya dərsliyi sərgisi” adlı bu layihə idman uğurlarımızın təbliğinə yönəlməklə orijinallığı ilə seçilir.
Bildiyimiz kimi, Azərbaycan son zamanlar möhtəşəm tədbirlərə ev sahibliyi edir. Bu ənənə uğurla davam etməkdədir. Bu barədə qəzetimizə fikirlərini bildirən Altay Yusifzadə qeyd etdi ki, bu tədbirlərdən biri də 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa ölkələri arasında Olimpiya Oyunlarıdır: “Bu gün ölkəmizdə bu tədbiri yüksək səviyyədə keçirmək üçün müxtəlif sahələrdə geniş miqyaslı işlər görürlər. Mən də bir azərbaycanlı gənc kimi bu işə öz töhfəmi vermək istədim. Mənim təhsilim bədən tərbiyəsi üzrədir. Buna görə də bu mövzu mənə maraqlı gəldi.
Qeyd etmək istərdim ki, 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan Avropa ölkələri arasında Olimpiya Oyunları Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir.
Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvondo, kamandan oxatma, qılıncoynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.
I Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmış və Mehriban xanım Əliyeva Təşkilat komitəsinin sədri təyin edilib. Təşkilat Komitəsi Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi ilə bağlı geniş fəaliyyətə başlayıb. Mən də gənclər arasında ilk Avropa Olimpiya Oyunları barədə maarifləndirici tədirlər keçirməyi planlaşdırıram. Avropa oyunlarının 2015-ci ildə keçiriləcəyinə baxmayaraq, biz bu gündən gənclər arasında bu sahədə təbliğat xarakterli tadbirlər keçirməyə başalmalıyıq.
Layihənin əsas ideyası Olimpiya Oyunlarının mənşəyi, idealları və müasirliyinə baxışı təbliğ etməkdir. Uşaq və gənclərin idman vasitəsilə hərtərəfli inkişafını, olimpiya təhsilinin yüksəldilməsini, eləcə də əhali arasında olimpiyanın təbliğini təmin etməyi düşünürük.
Layihənin məqsədi gənclər arasında Olimpiya Oyunları barədə bilikləri artırmaqdır. Belə ki, 2015-ci ildə Azərbaycan Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Və bu hadisədə bizim gənclərimiz maksimum dərəcədə bu biliklərə yiyələnməlidirlər. Layihə çərçivəsində Azərbaycan Milli Olimpiya Akademiyasının Ədalətli Oyunlar Komissiyasının məsul katibi Səlhət Abbasova ilə birlikdə plakatların hazırlanması üçün materiallar araşdırılacaq. Olimpiya Oyunlarının qədim zamandan bu günə kimi tarixini və ikişafını özündə əks etdirən şəkillərdən ibarət Park Bulvarda sərgi keçiriləcək.
Layihədən əsasən Azərbaycan Respublikası İdman Akademiyasının tələbələri faydalanacaq. Bundan əlavə tədbir Park Bulvarda olacaq və oraya əsasən gənclərin çox gəlməsini nəzərə alaraq benefesiarların maksimum iştirakına şərait yaradılacaq.
Layihə nəticəsində gənclər arasında Olimpiya Oyunları haqqında təsviri formada biliklər təbliğ olunacaq. Gənclər Olimpiya Oyunlarının tarixindən bu günə kimi bütün məlumatları qısa və aydın formada əldə edəcəklər ki, bu da onların bu bilikləri daha asan qavramasına şərait yaradacaq. 2015-сi ilə kimi bu sahədə daha geniş təbligat formalarından istifadə etməyi planlaşdırırıq.
İnanıram ki, bir azərbaycanlı gənc kimi bu layihə vasitəsilə 2015-ci ildə Azərbaycanda keçirilmsi nəzərdə tutulan Avropa Olimpiya Oyunlarının hazırlıq mərhələsinə öz kiçik töhfəmi verə biləcəm. Hər bir gənc bu sahədə öz bacardığı köməkliyi göstərməlidir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info