“İşğal altında-Ağdam” kompyuter oyununun təqdimatı olub
Tarix: 07.10.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Bakıda “İşğal altında - Ağdam” kompyuter oyununun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İ.Babayev deyib ki, “İşğal altında - Ağdam” kompyuter oyunu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanıb. Onun sözlərinə görə, ilk oyun olan "İşğal altında - Şuşa" kompyuter oyunları bir il əvvəl həvəskarlara təqdim edilib və böyük marağa səbəb olub.

“İşğal altında - Ağdam” kompyuter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir: “Bundan sonra biz başa düşdük ki, bu cür oyunlar davam etməlidir. Təbii ki, daha keyfiyyətli şəkildə yenilənməlidir. Biz bu gün bu cür oyunları təşkil etməklə gənclərimizin yaddaşını canlandırırıq. Bu oyunda Ağdamın real görüntüləri var. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompyuter qrafikası təkmilləşdirilərək, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək”. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, oyunun adının ağır olmasına baxmayaraq, bu oyun günümüzün reallığıdır: “Biz öz sözümüzü bu oyun vasitəsilə dünyaya çatdıraraq demək istəyirik ki, Azərbaycan bu cür bəlaya düçar olub. Hazırkı dövr İKT ilidir. Belə bir dövrdə gənclərin dünyaya İKT vasitəsilə öz sözünü deməsi alqışa layiq bir haldır. Gənclərimizin hazırda daha çox aludə olduğu məhz bu cür vasitələrdir. Buna görə də düşünürəm ki, bu oyun onlara daha xoş təsir bağışlayacaq və bununla da onlar Qarabağ həqiqətlərini dünyaya daha fəal şəkildə çatdıracaqlar. Bundan sonra daha bir yeni oyun üzərində iş gedəcək və əminəm ki, bu da daha keyfiyyətli şəkildə gənclərin öhdəsinə veriləcək”.
“AzDimension” gənclərdən ibarət təşəbbüs qrupunun rəhbəri Fərid Haqverdiyev isə oyun haqda məlumat verərək deyib ki, bu cür oyunları təşkil edən zaman hər şeyin keyfiyyətli və dünya standartlarına uyğun olması nəzərə alınır: “Biz bu oyun üzərində çox çalışmışıq. İstəyirik ki, gənclər müasir dövrdə yaranan bütün imkanlardan aktiv şəkildə istifadə edərək, dünyaya öz sözlərini deyə bilsinlər. Onu da deyim ki, yaxın zamanlarda oyunu isgalaltinda.com saytından və “www.facebook.com/AzDimension” sosial səhifəsindən yükləmək mümkün olacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info